• $
  • €
  • ₽
  • ₺
  • £

Uçot dərəcəsinin artırılması bazarda inflyasiyaya təsir etməyəcək - EKSPERTDƏN AÇIQLAMA

Uçot dərəcəsinin artırılması bazarda inflyasiyaya  təsir etməyəcək  - EKSPERTDƏN AÇIQLAMA
29.10.2021 12:40
Azərbaycan Republikası Mərkəzi bankı (AMB) bu gün uçot dərəcəsinin 6,5%-dən 7%-ə kimi artırılması barədə qərar verib.   AMB idarə heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, buna səbəb ölkədə inflyasiya gözləntilərinin artmasıdır. Hazırda ölkədə orta inflyasiya 6-6,5% təşkil edir, illik inflyasiyanın isə 9,5-10,5% olacağı gözlənilir. 
 
Elman Rüstəmov həmçinin, pul bazası artarsa AMB-nin  bu ilin sonunda sterilizasiya alətlərindən istifadə etmək niyyətində olduğunu da bildirib. 
 
"İnflasiya gücləndiyi, bahalaşma müşahidə olunduğu üçün uçot dərəcəsi artırılmalıdır. Lakin mərkəzi bank şəffaf və məlum qaydalarla kredit vermədiyi üçün bu artımın realda heç bir təsiri olmayacaq", bunu anews.az-a açıqlamasında  maliyyə məsələləri üzrə  ekspert Əkrəm Həsənov Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsi ilə bağlı  qərara münasibət bildirərkən deyib. 

Ekspertin sözlərinə görə, inkişaf etmiş ölkələrdə uçot dərəcəsini qaldırmağın təsirləri özünü göstərir, lakin Azərbaycanda  vəziyyət fərqlidir.

"Mərkəzi bankın uçot dərəcəsi dedikdə, onun banklara verdiyi kreditin faiz dərəcəsi nəzərdə tutulur. Yəni AMB ölkədəki banklara kredit verir, daha sonra həmin banklar  bu məbləğin üzərinə faiz qoyaraq vətəndaşlara kreditin verilməsini təmin edir.  Mərkəzi bankın da əsas məqsədi qiymətlərin sabitliyidir. Bu məqsədə çatmaq üçün də uçot dərəcəsindən istifadə edərək, manatın ucuzlaşmasına imkan verməməli, inflasiyanın qarşısını almalıdır.  Nəzəriyyəyə fikir versək, bu, doğrudan da,  güclü alətdir. İnflasiya başlayanda, bu dərəcə qalxmalıdır. Qalxdıqda kredit alanların sayı azalır və ya kredit alındıqda faiz çox ödənildiyi üçün qiymət artımına təsir etmir. Qiymətlər sabit qaldıqda isə pul dövriyyəsini artırmaq, iqtisadi aktivliyi çoxaltmaq üçün uçot dərəcəsi endirilir. Bildirim ki, inkişaf etmiş ölkələrdə, Avropa, ABŞ bankında uçot  dərəcəsinin artım və ya azaldılması təsir edir. Azərbaycanda isə təsiri olmur. Bir nümunə deyim, 5-6 il bundan əvvəl bankın uçot dərəsi 2-3 faiz idi. Amma o vaxt ki, bankların kredit faizləri indikilərdən çox idi”, - deyə ekspert əlavə etdi. 

İqtisadçı-eskpert Natiq Cəfərli isə uçot dərəcəsinin artmasının əsas səbəbinin inflasiyanın artması ilə bağlı olmadığını dedi. Onun sözlərinə görə,  sahibkarlara, fərdi şəxslərə verilən həm istehlak, həm də biznes  kreditlərində 0,5-1 faiz artım olması gözlənilir.

"Mərkəzi bankın uçot dərəcəsinin  artırılması dünyada gedən proseslər inflasiyanın yüksək olması ilə izah olunur. Amma Azərbaycanda inflasiyanın sürətli getməsinin əsas səbəbi mərkəzi bankın uçot dərəcəsi deyil. Çünki ölkədə qiymət artımın spesifik xüsusiyyətləri var.Düşünürəm ki, Mərkəzi Bankın bu addımı ölkədə baha olan kredit faizlərini bir az da artıracaq”, - deyə ekspert əlavə etdi. 

Mərkəzi bank həmçinin  faiz dəhlizinin aşağı həddini 6% saxlayıb, yuxarı həddi isə 7%-dən 8%-ə qədər artırıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 17-də ictimaiyyətə açıqlanacaq.
 
Ləman Qasımova

www.anews.az
 
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol