• $
  • €
  • ₽
  • ₺
  • £

Texnoparklar Azərbaycana nə verəcək?

Texnoparklar  Azərbaycana nə verəcək?
29.10.2021 20:24
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyənin sənaye və texnologiyalar Nazirliyi rəsmiləri Azərbaycanda  müştərək texnoparkın yaradılması ilə bağlı danışıqlara başlayıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir. 

Texnoparklar hər hansı bir biznesə daha rahat başlamaq  üçün təşkil olunur. Burada sahibkarların rahat şəkildə istifadə edə biləcəyi avadanlıqlar quraşdırılır.  Texnoparklar həmçinin bir və ya bir neçə universitetin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya dolayısı ilə əlaqədar olub yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulmasına şərait yaradır. 

Ölkəmizdə texnoparklar hansı məqsədlə yaradılır və əhəmiyyəti nə olacaq?

Azərbaycan İnnovasiyaların  İxracı Konsorsiumunun icraçı direktoru Fərid Kazımov Milli Elmlər Akademiyasında, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində müxtəlif növ texnoparkların mövcud olduğunu bildirərək ölkəmizdə bu mövzuda müəyyən qədər işlər görüldüyünü qeyd etdi .
 
"Yaxın günlərdə bir sıra universitetlərdə də fərqli  sahələr üzrə buna bənzər texnoparklar yaradılacaqdır. Bu da sahibkarlara, startapçılara öz bizneslərini inkişaf etdirməyə xeyli kömək edəcək”. 

 Ekspert mikrosahibkarların biznesə başlayarkən o sahədə kifayət qədər biliklərinin  olmamasını diqqətə çatdıraraq sahibkarların düşündüyü ideyanın müştərinin fikirləri ilə uyğun olması, ideya əsasında bazarın həcminin müəyyən edilməsi və digər məsələlərdə çətinlik çəkdiklərini vurğuladı.
 
"Bunun üçün müəyyən sahələrdə xüsusi bilikləri olan ekspertlərin  cəlb olunmasını məqsədəuyğun hesab edirəm. Bunu da könüllülük prinsipi əsasında etmək mümkündür”. 
   
Fidan  Salmanova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol