• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin pul ayırdığı bu qurum işinin öhdəsindən gəlmir - DEPUTAT - YENILƏNİB

Prezidentin pul ayırdığı bu qurum işinin öhdəsindən gəlmir - DEPUTAT - YENILƏNİB
29.10.2021 19:07
Azərbaycan Prezident tərəfindən fermerlərin sata bilmədiyi məhsulları almaq məqsədilə 2018-ci ildə yaradılan Aqrar Tədarük və Təchizat ASC işinin öhdəsindən gəlmir, nəticədə ölkə idxaldan asılı vəziyyətə düşür ki, bu da inflyasiyaya səbəb olur, -  bunu  sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Anews.az-a bildirib. 

"2018-ci ildə yaradılan Aqrar Tədarük və Təchizat ASC öhdəsinə düşən işi görmür. Həmin quruma ildə 55-60 milyon pul ayrılır. Bu qurumun birbaşa işi budur ki, fermerlərin sata bilmədiyi məhsulları alsın. Qiyməti, kefiyyəti müəyyən edib fermerin qapısından götürməlidir həmin məhsulları. Amma bu qurum işləyə bilmir. Bu qurum iş mexanizmlərini tam dəyişməlidir. Regional ofisləri olmalıdır. Bakıda oturmaqla məhsul almaq olmur. İlkin prosesdə o qədər xoş danışırlar bəli, baş üstə, icra edərik, amma ortada iş yoxdur.  Bazarda yerli malın bolluğunu yarada bilmirik. Nəticədə inflyasiya artır", - deyə millət vəkili bildirib. 

Onun sözlərinə görə,  Azərbaycanda çay, qənd, çörək, şəkər, yağ, un kimi qida məhsullarına dövlət nəzarəti olmalıdır. 

Mərkəzi Bankın uçot dərəcəsini 6,5%-dən 7%-ə kimi artırmaq barədə qərarını şərh edən  millət vəkili bu qərarı ölkə iqtisadiyyatının tənzimlənməsinə nəzarət kimi qiymətləndirdiyini dedi.  

"Uçot dərəcəsinin qalxması iqtisadi inkişafın müəyyən edilməsi üçün nəzərdə tutulan bir alətdir. Bu artım  postsovet ölkələrinin bir neçəsində artıq baş verib və bunu Azərbaycanda cüzi artım hesab etmək olar. Bu inflyasiyanın qarşını almaq üçün atılan addımdır. İqtisadiyyatda müəyyən zəifləmə hiss ediləndə bu addımlar atılır. Uçot dərəcəsi birbaşa bank kreditlərinə təsir edir. Nəticədə banklar kreditləri daha aşağı faizlə verə bilir. İnflyasiya ilə mübarizə aparmaq üçün isə ölkədə kənd təsərrüfatında bolluq yaratmaq lazımdır.  Bizdə qida məhsullarının 45-50%-i demək olar xaricdən gəlir". 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO ) rəsmi açıqlamasına görə, son 11 ildə qida məhsullarının qiyməti hər il 1,7-2% artır. Təkcə  2021-ci ildə bu qiymətlər  15%-ə qədər qalxıb. Səbəb kimi pandemiya və iqtisadiyyatın tam formalaşmaması göstərilir. "Yəni bu problem deyil qlobal problemdir. Buna görə də Azərbaycanda idxal olunan məhsulların qiymətində artımlar var və bunu tənzimləmək üçün yerli istehsalı stimullaşdırmaq lazımdır”, - deyə millət vəkili bildirib. 
 
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat” ASC  deputatın səsləndirdiyi fikirlərə cavab olaraq anews.az-ın sorğusuna cavab olaraq bildirib ki, qurum dövlət tərəfindən maliyyələşmir və fermerlər üçün lazım olan bütün dəstəklər göstərilir. 

""Aqrar Tədarük və Təchizat” ASC dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına mərkəzləşdirilmiş qaydada satınalınmasını təşkil edən qurumdur. Bu quruma dövlət büdcəsindən hər hansı bir vəsaitin ayrılması nəzərdə tutulmayıb. Dövlət müəssisə və təşkilatlarına ayrılmış büdcə vəsaitləri həcmində onlar tərəfindən verilmiş sifarişlərə uyğun olaraq kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükünü və satınalan təşkilatlara təchizatını həyata keçirir.

Cəmiyyət satınalan təşkilatların tələbatına uyğun olaraq müvafiq qədər məhsulu tədarük edə bilir və tedaruk.az elektron portalı fəaliyyət göstərir. Portal həm istehsalçıların, həm də satınalan qurumların istifadəsi üçün açıqdır. Ərzaq və ya kənd təsərrüfatı məhsullarını satmaq arzusunda olan istehsalçılar satınalan təşkilatların yerləşdirmiş olduğu tələbata uyğun olaraq öz təkliflərini portalda yerləşdirirlər.  Bundan sonra ATT ASC müxtəlif rayonlarda yerləşən Regional İdarələrinin əməkdaşları tərəfindən portala məlumatlarını daxil edən istehsalçıların məhsullarına baxış keçirilir. Qida təhlükəsizliyi və keyfiyyət standartlarına uyğun məhsullar təchizatçıların sifarişləri əsasında satın alınır. Əməkdaşlıq edilən fermer təsərrüfatları və ya müəssisələr əsasən istehsal edilən məhsulların keyfiyyəti və məhsulların vaxtı-vaxtında çatdırılması kriteriyaları üzrə seçilir” , - deyə qurumdan bildirilib. 

"Aqrar Tədarük və Təchizat” ASC tərəfindən məhsulları əlində qalan fermerlərə AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) və "Şəhərdən Kəndə” layihələri çərçivəsində dəstək göstərilir. 
 
"Məhsullarının satışında çətinlik çəkən fermerlər üçün "Kənddən Şəhərə” layihəsi çərçivəsində alternativ satış kanalı yaradır. Bakı və Abşeron ərazisində təşkil olunan "Kənddən Şəhərə” yarmarkaları fermerlərin məhsullarını heç bir ödəniş etmədən satışa çıxara bildikləri bir platformadır. "Kənddən Şəhərə” yarmarkalarında fermerlər tamamilə ödənişsiz şəkildə piştaxta, tərəzi və digər ləvazimatlarla təmin olunurlar. Yarmarkalar həftəsonları keçirilməklə yanaşı tematik xarakter də daşıyır. Novruz, Ramazan, Qurban, Yeni il və s. bayramlar ərəfəsində yarmarkalar vətəndaşların xidmətində olur. "Kənddən Şəhərə” yarmarkalarının təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin təbii məhsullara əlçatanlığını təmin etməkdir”, deyə ASC tərəfindən əlavə olunub. 

Azərbaycan Republikası Mərkəzi bankı (AMB) bu gün uçot dərəcəsinin 6,5%-dən 7%-ə kimi artırılması barədə qərar verib.AMB idarə heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, buna səbəb ölkədə inflyasiya gözləntilərinin artmasıdır. Hazırda ölkədə orta inflyasiya 6-6,5% təşkil edir, illik inflyasiyanın isə 9,5-10,5% olacağı gözlənilir.

 Gülnar Nazimqızı 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol