• $
  • €
  • ₽
  • ₺
  • £

Ağsu aşırımı bağlanır - Xəbərdarlıq

Ağsu aşırımı bağlanır - Xəbərdarlıq
13.05.2014 11:37
Sürücülərin ən çox istifadə etdikləri yollardan biri də Ağsu aşırımıdır. Çoxdandı yararsız vəziyyətdə olan dolaylardan xəbərimiz var. Belə ki, artıq bu yoldan istifadə etmək olmayacaq. ANS PRESS-in Kanal S-ə istinadən verdiyi məlumata görə, bir çox hallarda sürücülər bu yoldan istifadə edərkən çətinliklərlə üzləşirdilər. Son illər sözü gedən ərazidə baş verən torpaq uçqunları bu yoldan hərəkət edənlərin sayında azalmaya səbəb olmuşdu. Yol enişlı – yoxuşlu olduğundan baş verən uçqunlarda daş və torpaq yolun hərəkət istiqamətinə tökülür. Nəticədə sürücülər problem yaşayır. Bütün bu problemlərə artıq son qoyulacaq. Yol təmirə bağlanacaq.Bakı-Şamaxı-Yevlax yolunun yenidən qurulması üçün nəzərdə tutulan layihə hazırlanır. Layihədə yolun Ağsu aşırımından keçən hissəsində aparılacaq işlər zamanı yolun bağlanması nəzərdə tutulur. Bu zaman sürücülər alternativ yol olaraq Ağsu- Göylər – Şamaxı yolundan istfadə edəcəklər. Yolun üzərində yerləşən bütün iaşə obyektləri və restoranlarda fəaliyyət müvəqqəti olaraq dayandırılacaq. Ağsu dolaylarında yerləşən DYP Postu da artıq fəaliyyətini dayandırıb. Ərazidəki obyekt sahiblərinin sözlərinə görə, yolun dağılmasında başlıca səbəb ağırtonnajlı yük maşınlarının ərazidən tez tez keçməsidir. Baxmayraq ki, 3,5 tondan artıq yük maşınlarının keçməsinə qadağa qoyulub, əraziyə yol nişanları da yerləşdirilib, normadan artıq yüklənmiş avtomobillər hər axşam ərazidən keçir. Ümumi uzunluğu 14 kilometr olan Ağsu dolaylarında təmir işlərinin nə zaman başlayacağı isə hələlik bəlli deyil.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol