• $
  • €
  • ₽
  • ₺
  • £

4 faydalı qazıntı yatağı hərraca çıxarılır

4 faydalı qazıntı yatağı hərraca çıxarılır
18.11.2021 16:43
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi dekabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.
 
Anews.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
 
Məlumata görə, Göygöl rayonunda yerləşən "Hacıməlikli” qum-çınqıl yatağının 20 hektar sahəsi, Goranboyda olan "Yuxarı Ağcakənd” gips-anhidrid yatağının 5 hektar sahəsi, "Qarasuçay” qum-çınqıl yatağının 33 hektar sahəsi, İsmayıllı rayonunda yerləşən "Girdimançay” qum-çınqıl yatağının 4 hektar sahəsi hərraca çıxarılacaq.
 
Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 7 dekabr saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
 
Hərrac ƏMDX-nın Əmlak Xidmətləri Məkanında keçiriləcək. İddiaçılar əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün xidmət haqqı və beh ödəməlidir. Prosesdə həm yerli, həm də xarici hüquqi və fiziki şəxslər iştirak edə bilər.
 
Hərrac elanı ilə ƏMDX-nın saytında (https://bit.ly/3nh7H6S) və Özəlləşdirmə portalında (https://bit.ly/3nhXkQi) tanış olmaq mümkündür.
 
Bu il 12 faydalı qazıntı yatağı hərrac qaydasında istifadəyə verilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol