Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşdı

Bu ilin aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,2% ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,1% bahalaşıb. “APA-Economics”in məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin məlumatında əks olunub.Ötən ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 6,5% ucuzlaşma, digər xarici ölkələr üzrə 6,9% bahalaşma müşahidə olunub. Aprel ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 1,2%, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 13,0% bahalaşıb. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi ay ərzində 3,2% ucuzlaşıb. Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















