• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank-ın “Parlaq Zəfər” əmanəti indi daha yüksək faizlə!

Yelo Bank-ın “Parlaq Zəfər” əmanəti indi daha yüksək faizlə!
11.01.2022 17:30
Yelo Bank-ın "Qarabağ Dirçəliş Fondu” ilə birgə əməkdaşlığı əsasında yaradılmış "Parlaq Zəfər” əmanətinin faizi artırıldı. Artıq "Parlaq Zəfər” əmanət növünə illik 11% faiz dərəcəsi ilə yatırım edə biləcəksiniz. Ənənəvi əmanət məhsullarından əsas fərqi ondadır ki, müştəri əmanət hesabı açmaqla həm özü faiz gəliri əldə edir, həm də "Qarabağ Dirçəliş Fondu”na dəstək olur. Belə ki, "Parlaq Zəfər” əmanətindən 10.5%-ni müştəri qazanmış olur, qalan 0.5%-i isə müştərinin razılığı əsasında fonda köçürülür. 


Yelo Bank, bununla yanaşı, Fonda dəstək olmaq istəyən müştəriləri üçün alternativ imkan da təqdim edir. Bütün Yelo mobil tətbiq istifadəçiləri istənilən məbləği bir neçə toxunuşla "Qarabağ Dirçəliş Fondu”na  köçürə bilər. 


"Parlaq Zəfər” əmanətinin məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, Qarabağın dayanıqlı iqtisadiyyata və güclü regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək olaraq eyni zamanda Fonda köçürülən ianələrin artımına təşviq etməkdir. Hər bir əmanətçiyə müddətin sonunda Yelo Bank və "Qarabağ Dirçəliş Fondu”nun adından ianə sertifikatı təqdim ediləcək.



Qeyd edək ki, əmanət məhsulu üzrə faizləri pulsuz plastik kart vasitəsi ilə də əldə etmək mümkündür. Əmanət üzrə minimal məbləğ 100 AZN olmaqla 1 illik müddətə və məhdudiyyətsiz sayda açıla bilər.


Məbləğindən asılı olmayaraq, edilən hər ianə Qarabağın bərpası üçün böyük töhfədir. Güc birliyimizdədir və biz bu əzmlə düşmənin dağıtdığını qısa bir zamanda bərpa edə biləcəyik.  İanə edək, Qarabağı birlikdə daha tez bərpa edək!


Ətraflı məlumat üçün: https://bit.ly/ylprf2 
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! Yelo bank kredit məhsulları ilə maddi ehtiyaclarınızı qarşılamağa hazırdır.
Yelo Bank – Parlaq bankçılıq!



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol