• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkər xəstələrinə ŞAD XƏBƏR

Şəkər xəstələrinə ŞAD XƏBƏR
11.01.2022 19:26
Pirallahı Sənaye Parkının rezidenti "R-Pharm” MMC tərəfindən ölkəmizdə ilk dəfə olaraq şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan Diabeton® MR (qliklazid) preparatının istehsalına başlanılıb.

Anews.az  xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, artıq şirkət tərəfindən 200 min qutu dərman istehsal edilib və paylanma üçün aidiyyəti yerlərə göndərilib:

"Cari ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu Diabeton® MR preparatının istehsalı planlaşdırılır.

Qeyd edək ki, sözügedən dərmanın istehsalı "R-Pharm” MMC ilə Fransanın beynəlxalq əczaçılıq qrupu olan "Servier” şirkəti arasında imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində həyata keçirilir.

Beş illik müqavilənin şərtlərinə əsasən, müəssisədə qeyd edilən dərman preparatının ildə təxminən 1 milyon qutu həcmində istehsalı nəzərdə tutulur.

Məlumat üçün bildiririk ki, "R-Pharm” MMC-də istehsal prosesi Beynəlxalq GMP standartlarına uyğun şəkildə həyata keçirilir. Belə ki, Beynəlxalq GMP standartları əczaçılıq məhsulları istehsalçılarına yüksək keyfiyyətli xammal, müasir emal texnologiyalarının istifadəsi, qabaqcıl avadanlıqların olması, istehsalatda çalışan kadrların yüksək səviyyədə ixtisaslaşması kimi ciddi tələblər qoyur. "R-Pharm” MMC ölkədə GMP sertifikatını alan ilk əczaçılıq müəssisəsidir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol