• $
  • €
  • ₽
  • ₺
  • £

Nə ucuzlaşıb, nə bahalaşıb? - Rəsmi statistika

Nə ucuzlaşıb, nə bahalaşıb? - Rəsmi statistika
06.05.2014 23:26
Yumurta ucuzlaşdı, kartof bahalaşdı, ayaqqabıların qiymətlərində də ucuzlaşma müşahidə olunub2014-cü ilin aprel ayında ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin 0,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0,1 faiz bahalaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,2 faiz bahalaşmasına səbəb olub.Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatığın, yumurtanın, portağalın, bananın, qozun, fındığın, şabalıdın, göyərtinin, xiyarın qiymətlərində ucuzlaşma, düyünün, makaron və vermişelin, qoyun ətinin, kərə yağının, bitki yağlarının, limonun, almanın, armudun, çuğundurun, kökün, kartofun, kələmin, baş soğanın, sarımsağın, şəkərin qiymətlərində isə bahalaşma müşahidə olunub.Aprel ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, məişət cihazlarının, zərgərlik məmulatlarının qiymətlərində ucuzlaşma, inşaat materiallarının, iri alət və avadanlıqların, dərmanların, yanacaq və sürtkü materiallarının qiymətlərində isə bahalaşma müşahidə olunub.Əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələri üzrə hava sərnişindaşıma nəqliyyatı tarifləri ucuzlaşıb, digər ölkələr üzrə hava sərnişindaşıma və ölkədən kənara dəmiryol sərnişindaşıma nəqliyyatı tarifləri isə bahalaşıb. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol