• $
  • €
  • ₽
  • ₺
  • £

Onlayn ödəmələrin sayı artıb

Onlayn ödəmələrin sayı artıb
24.01.2022 15:03
Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 12 ayı ilə müqayisədə 83% artıb.
 
Mərkəzi Bankdan verilən məlumata görə, dekabr bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nəzərən 182 min ədəd artaraq 11 milyon 40 min ədəd təşkil edib.
 
Bildirilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.6% artıb:
 
"Ödəniş kartlarında artım debet kartları üzrə 19%, kredit kartları üzrə 28% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 90 min, kredit kartları 302 min, digər kartlar isə 1.4 mln. ədəd artmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 12 ayı ilə müqayisədə 83% artmışdır. 2021-ci ilin 12 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 11172 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7208 mln.manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 3927 mln. manatı POS-terminallar, 37 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilmişdir. Dekabr ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34.6%-ni təşkil etmişdir".
 
Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur.
 
Belə ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 7.1%, POSterminalların sayı 6.7% artıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol