• $
  • €
  • ₽
  • ₺
  • £

Neft ucuzlaşıb

Neft ucuzlaşıb
26.01.2022 10:09
ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclası ilə əlaqədar fond birjalarında hökm sürən ümumi bədbinlik fonunda dünya bazarlarında neftin qiyməti aşağı düşüb.


 Şimal dənizində hasil olunan "Brent” neftinin aprel fyuçersləri 0,38% ucuzlaşaraq, 1 bareli 86,85 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,43% aşağı düşərək, 1 bareli 85,24 ABŞ dolları təşkil edib.


İnvestorlar FES iclasının bu gün açıqlanacaq nəticələrini gözləyirlər. Analitiklər hesab edirlər ki, tənzimləyici orqan monetar siyasətin tezliklə sərtləşdiriləcəyini bəyan edəcək.


"Qara qızıl”ın qiymətinin düşməsinə Amerika Neft İnstitutunun (API) ABŞ-da neft ehtiyatları haqqında statistik məlumatları dərc etməsi də təsirsiz ötüşməyib. Belə ki, API-nin məlumatına əsasən yanvarın 21-dək olan həftə ərzində ABŞ-da "qara qızıl” ehtiyatı 0,87 milyon barel azalıb. Analitiklər azalmanın cəmi 0,4 milyon barel təşkil edəcəyini gözləyirdilər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol