• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda olay: yüzlərlə insan içəridə qaldı - FOTOLAR

Bakı metrosunda olay: yüzlərlə insan içəridə qaldı - FOTOLAR
06.05.2014 11:00
Bu gün səhər saatlarında Bakı Metropolitenində sərnişinlər problemlə qarşılaşıb. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə saat 08:30-da metronun “Elmlər Akademiyası” stansiyasında baş verib.Belə ki, stansiyada sərnişinlərin sıxlığına baxmayaraq, stansiyanın 3 eskalatorundan yalnız biri çölə işləyib. Digər iki eskalator isə metroya girən sərnişinlər üçün açıq olub. Baxmayaraq ki, səhər saatlarında “Elmlər Akademiyası” stansiyasına gedən sərnişinlər az, stansiyadan çıxan sərnişinlər çox idi.Bunun səbəbini metro işçisindən soruşduqda isə onlar sərnişinlərə çox kobud şəkildə cavab verdilər. Sonradan sərnişinlərin stansiyanı tam tutması və çoxsaylı etirazlardan sonra eskalatorlardan ikisi çölə çıxan sərnişinlərə xidmət göstərməyə başladı.Məsələ ilə əlaqədar Bakı Metropoliteni ilə əlaqə saxladıq. Metronun mətbuat xidmətindən ANS PRESS-ə bildirdilər ki, həqiqətən də, səhər saat 08:35 radələrində stansiyanın eskalatorunda texniki nasazlıq yaranıb. Sonradan isə problem aradan qaldırılıb.“Eskalatorun birində texniki nasazlıq yaranmışdı. 6 dəqiqə ərzində problem aradan qalxdı. Sonradan eskalatorun yoxlanma prosesi gedib deyə, hər iki eskalator aşağı doğru hərəkət edib. Sonradan problem həll olunub və sərnişinlər normal hərəkət edib”, - deyə metropolitendən bildirilib.“Bakı Metropoliteni” QSC “Elmlər Akademiyası” stansiyasında yaranan sıxlığın səbəbini açıqlayıb.Qurumun mətbuat xidmətindən AzVison.az-a verilən məlumata görə, stansiyasıda yuxarı hərəkət edən 2 eskalatordan biri xarab olub:“Saat 08:35-də stansiyada yuxarı hərəkət edən 2 eskalatordan biri xarab olub. 08.41-də isə düzəlib. Sadəcə həmin vaxt pik saatlar olduğu üçün sıxlıq yaranmışdı”,-deyə Metropolitendən bildirilib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol