• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR distant "Mikro Master" Proqramı təşkil edir

SOCAR distant "Mikro Master" Proqramı təşkil edir
28.01.2022 13:32
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki (SCPC) tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birlikdə Massaçusets Texnologiya İnstitutunda (MIT) 35 dövlət qulluqçusunun "MikroMaster" Proqramı çərçivəsində "Data, İqtisadiyyat və İnkişaf Siyasəti” üzrə təliminə başlayır.

SOCAR-ın verdiyi məlumata görə, 10 ay müddətində distant formada keçilicək "MikroMaster" Proqramı iştirakçıların milli inkişaf strategiyaları və inkişaf layihələri hazırlamaq, həyata keçirmək, qiymətləndirmək üçün bütün lazımi bilik və bacarıqlarla təmin edilməsi məqsədi daşıyır.

Fevralın 1-dən start veriləcək təlimdə iqtisadiyyat üzrə Nobel mükafatçıları Ester Duflo və Abhijit Banerji, bir sıra MIT professorları iştirakçılara Mikroiqtisadiyyat, Təsadüfi Qiymətləndirmələrin Dizaynı və Tətbiqi, Sosial Elmdə Data Analizi, İnkişaf Siyasətinin Əsasları və Ali İnkişaf İqtisadiyyatı, Siyasi İqtisadiyyat və İqtisadi İnkişaf kimi 5 əsas fənni tədris edəcəklər.

Müxtəlif nazirlik və dövlət qurumlarından seçilmiş 107 namizəd Proqramda iştirak etmək üçün 2021-ci ilin noyabr ayında Dövlət İmtahan Mərkəzi tərəfindən ingilis dili və riyaziyyat fənləri üzrə imtahandan keçirilib.

14 dövlət qurumunu təmsil edən 35 namizəd uğur qazanaraq 2021-ci il dekabr və 2022-ci il yanvar aylarında 2 aylıq intensiv hazırlıq kursuna cəlb edilib və UNEC professorları tərəfindən aparılan bu kursu müvəffəqiyyətlə başa vurub.

2020-ci ilin fevral-oktyabr aylarında davam edəcək "MikroMaster" Proqramını uğurla tamamlamaq məqsədilə UNEC professorları tərəfindən iştirakçılar üçün həftəlik fasilitasiya dərslərinin keçirilməsi də planlaşdırılıb.

"SOCAR Midstream Operations” MMC SOCAR-ın törəmə şirkətidir və Cənubi Qafqaz Boru Kəmərinin Kommersiya (2015-ci ildən) və Texniki Operatorudur (2020-ci ildən). "SOCAR Midstream Operations” MMC 2021-ci il avqust ayından etibarən SCPC-dəki tərəfdaşları adından Sosial İnvestisiya strategiyasının həyata keçirir. Sosial investisiya layihələri CQBK ilə yanaşı icmaların sosial-iqtisadi inkişafı, təhsil və ətraf mühitin mühafizəsi kimi üç sahəni əhatə edir.

SCPC-nin səhmdarları: bp (28,8% ), TPAO (19 %), PETRONAS (15,5 %), LUKOIL (10 %), NICO (10 %), AzSCP (10 %) və SGC Midstream (6,7 %) şirkətləridir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol