• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qatarların sürəti artırılır

Azərbaycanda qatarların sürəti artırılır
05.05.2014 15:10
“Azərbaycanda sürətli qatar olmayacaq.

Bunun əvəzinə ölkədə qatarların sürəti artırılacaq. Hazırda ölkədə qatarlar 80-100 km sürətlə hərəkət edir. Yollarda sürət artırıldıqdan sonra bu avtomatik sürətli qatarlara gətirib çıxaracaq”. Bunu “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, bu işə yaxın bir-iki ay ərzində başlanılacaq: “Hazırda elektrofikasiya – elektrik təchizatı, rabitə siqnal sistemi yenidən qurulur. Biz sabit cərəyandan, dəyişən cərəyana keçirik. Yeni sistem qurulandan sonra qatarların sürəti 120-140 km/s olacaq. Bu da sürətli qatar deməkdir. Məsələn, indi qatar Azərbaycan ərazisində 12 saat yol gedirdisə, bundan sonra 6 saat gedəcək. Həmçinin köhnə relslər yeniləri ilə əvəz edilir. Yeni relslər 800 metrlik olacaq. Bütün bu işlərin 2015-2017-ci illərdə reallaşdırılması planlaşdırılır”.“Qatarların sürəti əvvəlcə İpək yolu boyunca, Gürcüstana kimi artırılacaq. Çünki 2015-ci ildə Bakı-Tbilisi - Ahalkalaki xətti istifadəyə veriləcək. Həmin xətlərdə qatarların hərəkət sürətinin 140 km-ə çatması nəzərdə tutulub. Sonra isə sürət bütün ölkəni əhatə edəcək. Belə ki, əsas yüklərin daşınması oradan həyata keçirilir. Avropaya çıxış da həmin yoldandır. Odur ki, hazırda üstünlük məhz o yola verilir”, - deyə o bildirib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol