Azərbaycanla Pakistan arasında birbaşa uçuşlara başlanılır

2022-ci ilin martından "Pakistan Beynəlxalq Hava Yolları" (PİA) şirkəti ölkənin iki şəhərindən Azərbaycana uçuşlara başlayacaq.
"Report” bu barədə Pakistan mətbuatına istinadən xəbər verir.
Pakistanın milli aviadaşıyıcısı martın 16-dan başlayaraq hər həftənin çərşənbə günləri Kəraçinin Cinnah Beynəlxalq Hava Limanından, martın 19-dan başlayaraq isə hər həftənin şənbə günləri Lahorun Əllamə İqbal Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna reyslər təşkil edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























