• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-da Dünya İqtisadi Forumunun prezidenti ilə görüş keçirilib

SOCAR-da Dünya İqtisadi Forumunun prezidenti ilə görüş keçirilib
24.02.2022 19:30
Fevralın 23-də SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Görüşdə SOCAR və Dünya İqtisadi Forumu arasında mövcud əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılmış, Bakıda fəaliyyətə başlamış Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzi ilə təcrübə mübadiləsi və tərəfdaşlıq imkanları müzakirə edilib.

Rövşən Nəcəf qeyd etmişdir ki, SOCAR Dünya İqtisadi Forumunun uzunmüddətli tərəfdaşıdır, əməkdaşlığın davam etdirilməsində, Forumun gələcək tədbirlərində iştirak etməkdə maraqlıdır. SOCAR-ın iki müəssisəsi- "Petkim” və "STAR” neft emalı zavodu Dünya İqtisadi Forumunun "Global Lighthouse Network” şəbəkəsinin ən çox rəqəmsallaşmış müəssisələri arasında yer almağa nail olmuşdur. Rəqəmsallaşma SOCAR-ın 2035-ci ilədək Korporativ Strategiyasında şirkətin prioritet inkişaf istiqamətlərindən biri kimi təsbit olunmuşdur. Bu baxımdan Azərbaycanda Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzinin fəaliyyətə başlaması Forumla SOCAR arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər açır.  

Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Bakıda Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzinin açılmasından məmnunluğunu bildirmiş,  Mərkəzin yaradılmasının iki il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ilə  razılaşdırıldığını vurğulayıb.
 
Bakıdakı Mərkəzdə süni zəka, rəqəmsal ticarət və s. sahələrdə araşdırmaların aparılacağını söyləyən Borge Brende bu istiqamətlər üzrə Forumun dəyərli tərəfdaşlarından olan SOCAR-la yeni əməkdaşlıq imkanlarının yarandığını ifadə etmişdir. O, eyni zamanda enerji təchizatının dünya ölkələrinin gündəmində əsas məsələlərdən biri olduğunu xatırladaraq, bərpa olunan enerjinin inkişafı və digər enerji layihələri  çərçivəsində də əməkdaşlığın genişləndirilməsinə maraq göstərdiklərini vurğulayıb.

Görüşdə SOCAR-ın neft-qaz sənayesində zəngin təcrübə və ənənələrə, insan kapitalına malik olması qeyd edilmiş, mövcud resurslardan Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzinin fəaliyyətində istifadə imkanlarına dair fikir mübadiləsi aparılmışdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol