• $
  • €
  • ₽
  • ₺
  • £

Dəniz limanları Rusiya neftini daşımaqdan imtina edir

Dəniz limanları Rusiya neftini daşımaqdan imtina edir
06.03.2022 11:27
Dünya bazarında alıcılar Rusiya nefti və neft məhsullarını almaqdan imtina edir. Səbəb isə alıcıların Rusiyanın Ukraynaya təcavüzü üzündən Rusiya nefti və neft məhsularını almaqdan imtina etməsidir.  Bu barədə treyderlər məlumat verir. 
 
Hətta dəniz limanlarının fəhlələri belə Rusiya məhsulları olan  gəmilərə xidmət etməkdən boyun qaçırırlar.

Məsələn Britaniya dəniz limanlarının əməkdaşları Almaniya bayrağı altında üzən  amma Rusiya neftini daşıyan  tankerləri boşaltmaqdan imtina edib.
 
Belə ki,  Almaniya bayrağı altında üzən Seacod  tankeri dəniz limanı rəhbərliyinin icazəsi ilə cümə axşamı Mersi çayında lövbər salıb. 
 
Ukraynaya hərbi hücumdan sonra Britaniya hökuməti  dəniz limanlarına Rusiya ilə bağlı olan gəmilərin daxil olmasına qadağa qoyub. 
 
Yerli Həmkarlar ittifaqı bildirib ki,  Seacod-da olan yük qadağa altına düşməsə də fəhlələr heç bir şərt daxilində onu boşaltmayacağını deyib.  Onlar Britaniya  hakimiyyətindən qanunlarda  rus neftinin bazara daxil olmasına şərait yaradan bütün boşluqlları bağlamağa çağırıb.
 
Rusiyaya Ukraynaya hərbi təcavüz səbəbindən sanksiyalar qoyulduqdan sonra Urals  və Rusiya neft məhsullarının qiyməti kskin sürətdə düşüb. Buna səbəb dünya ölkələrinin onları almaqdan imtina etməsidir. 
 
Fevralın 28-i martın 5-i arası  Rusiyada istehsal olunan A-92 markalı benzinin qiyməti ondan əvvəlki bir həftə ilə müqayisədə 10,8%, Ai-95 isə - 10,% azalıb. Bu barədə Ruters agentliyi məlumat verir. 
 
Yay müövsümi üçün nəzərdə tutulan dizel  yanacağının topdan satış qiymətləri 7,9%, qış mövsümü üçün isə - 10,7% düşüb. 
 
Bir həftə ərzində mazutun qiyməti 4,6% ucuzlaşıb. 
 
 
N.Təbrizli
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol