• $
  • €
  • ₽
  • ₺
  • £

Visa və Mastercard-ın Rusiyadan getməsi rusiyalılar üçün nə deməkdir?

Visa və Mastercard-ın Rusiyadan getməsi rusiyalılar üçün  nə deməkdir?
06.03.2022 17:57
Visa və MasterCard öz müştərilərinə bildirib ki, bir neçə gündən sonra Rusiyada fəaliyyətini dayandıracaq. Yəni bundan sonra Rusiya vətəndaşları Rusiya banklarının onlara verdiyi Visa və MasterCard-larla nə ölkə daxilində, nə də ölkə xaricində alış veriş ed ə bilməyəcəklər.   

Beləliklə Rusiya maliyyə sistemi faktiki olaraq xarici aləmdən təmamilə təcrid olunmuş vəziyyətə düşüb. 

Hazırda Rusiya daxilində ödənişlər Rusiya Mərkəzi Bankı tərəfindən yaradılmış "Mir" ödəniş kartlarının istehsalçısı olan Milli  kart ödəniş sistemi vasitəsilə həyata keçirilir. 

Milli  kart ödəniş sistemi 2014-cü ildə Krımın Ukraynadan ayrılmasından sonra yaradılıb. 

Rusiya tərəfindən ələ keçirilmiş Krımda ödənişlər indiyədək məhz bu sistem vasitsilə  həyata keçirilirdi. Bu sistemə qoşulmuş Rusiya banklarının  kartları ilə Rusiya daxilində və Krım yarımadasında alış veriş etmək olur. Amma bu kartlar xaricdə işləmir. O cümlədən bu kartlarla xarici internet mağazalarda da alış veriş etmək olmur. 

Rusiya banklarının verdiyi Visa və MasterCard-larla AppStore və GooglePlay, o cümlədən  ApplePay və GooglePay kimi tətbiqlərdən də  istifadə etmək mümkün olmayacaq.

Rusiya Mərkəzi Bankı şənbə günü bildirib ki, Visa və MasterCard kartların bağlandığı hesablar olduğu kimi qalacaq. Onlarda yerləşdirilmiş pullar itməyəcək. 

"Mir" kartları da bəzi xarici ölkələrdə çalışır. Bura əsasən MDB ölkələri , o cümlədən Türkiyə və Vyetnam daxildir", -  Mərkəzi Bank bildirib. 

"Mir" ödəniş kartları aşağıdakı ölkələrin ərazilərində işləyir:  

Türkiyə
Vyetnam
Ermənistan
Belarus
Özbəkistan
Qırğızıstan
Tacikistan
Qazaxıstan
CƏnubi Osetiya
Abxaziya
Birləşmiş Ərəb Əmirlikləri
Kipr


Rusiya Mərkəzi Bankı həmçinin ölkədən xaricə gedərkən  vətəndaşlara özləri ilə nəqd pul götürməyi də tövsiyyə edir.  Çünki xaricdə buraxılmış  Visa və MasterCard-dan Rusiya banklarının  kartlarına köçürmələrin necə aparılacağı hələ bəlli deyil. 

Visa və MasterCard -  dünyanın ən iri ödəniş sistemləridir, lakin yeganə deyil. 

Məsələn Rusiyaya qarşı tətbiq olunan sanksiyalara çox güman qoşulmayacaq Çinin Union Pay ödəniş sistemi  var. Amma indiyədək Rusiya bankları müştərilərinə bu sistemə bağlı kartlar almağı təklif etməyib. Çin kartları  Avropa ölkələri daxil olmaqla dünyanın 180 ölkəsində çalışır. 

Bundan başqa American Express və Yaponiyanın JCB ödəniş kartları da var. Amma onların da Visa və MasterCard-ın dalınca Rusiyaya qarşı sanksiyalara qoşulacağı labüddür.

Odur ki, hələ uzun müddət Rusiya banklarının  müştəriləri Rusiyanın Ukraynaya hücumu durmasa əziyyət çəkməli olacaqlar. 


N.Təbrizli 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol