• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada inflyasiya rekord həddə çatıb - ROSSTAT

Rusiyada inflyasiya rekord həddə çatıb  - ROSSTAT
10.03.2022 00:07
Fevralın 26-dan martın 4-dək keçən bir həftə ərzində Rusiyada inflyasiya kəskin surətdə artıb, bəzi mallar 15%-dən çox bahalaşıb. Bu barədə Rosstat məlumat verib.  

Bu, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ilk inflyasiya məlumatıdır.

Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatlar fond bazarının və rublun məzənnəsinin çökməsinə, eləcə də yeni sanksiyalar dalğasına səbəb oldu. Rublun devalvasiyası ilə əlaqədar idxal  edilən malların, daha sonra isə Rusiya isthsalı olan məhsulların qiymətləri qalxdır. Həftə ərzində qiymətlər 2,2% artaraq 1998-ci ildən bəri qeydə alınmayan rekord həddinə çatdı. 

Yalnız martın ilk dörd günündə qiymətlər 1,2% artıb. Xüsusilə iri avadanlıq və avtomobillərin qiyməti kəskin  bahalaşıb. Rəsmi statistikaya  görə, bir həftə içində  Rusiya istehsalı olan yeni avtomobillər 17%, xarici avtomobillər 15% , televizorlar 15%, elektrik tozsoranlar 14,6%, smartfonlar isə 9,6% bahalaşıb.

Ərzaq qiymətləri də xeyli artıb. Məsələn, pomidorun qiyməti təxminən 8%, bananın qiyməti  7% artıb. Məhsullardan kələm, kök, alma, düyü, marqarin, duz, mal əti və digərləri də nəzərəçarpacaq dərəcədə bahalaşıb. Uşaq qidalarının qiyməti 2,4%, şəkərin qiyməti isə 3,3% yüksəlib. 

Rosstat dərmanların qiymətində də ciddi artım qeydə alıb, lakin agentlik yalnız bəzi dərmanların qiymətlərinə nəzər yetirib. Məsələn, Analgin 4,6%, Corvalol isə 4,5% bahalaşıb. Həftə ərzində uşaq bezləri,  diş pastası, tualet kağızı, paltaryuyan toz və kibrit 1-2% bahalaşıb. Türkiyəyə səfərlərin orta qiyməti 28,7% artıb.

Əslində, bu məlumatlar hələ ki, digər amillərin təsirini əks etdirmir, məsələn, son bir həftə ərzində dünyanın ən böyük şirkətləri Rusiyada fəaliyyətini dayandırıb və ya tamamilə imtina ediblər. Bu, artıq Rusiyada istehsal olunan malların qiymətinin daha da artmasına səbəb olmalıdır. Bundan əlavə, rubl ucuzlaşmaqda davam edir. Devalvasiyanın artımı qiymətlərin bahalaşmasına təsir edən əsas amillərdəndir. 

N.Təbrizli



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol