• $
  • €
  • ₽
  • ₺
  • £

BP Nizami Gəncəvinin xatirəsinə kitab nəşr edib

BP Nizami Gəncəvinin xatirəsinə kitab nəşr edib
11.03.2022 18:10
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin siması, həqiqətən də, onun 880 illiyinə həsr olunmuş bugünkü tədbirdə səslənən hər beytindən boylanırdı. BP-nin ev sahibliyi etdiyi bu tədbirdə müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri, alimlər, Nizaminin nəhəng ədəbi və fəlsəfi irsinin tədqiqatçıları bir araya gəliblər.

Anews.az-ın "BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, tədbirin əsas məqsədi həm də "Nizami Gəncəvi – Unudulmuş Nəşrlər” adlı sanballı tədqiqat kitabının ictimaiyyətə təqdimatı idi. 564 səhifəlik nəfis nəşrdə Azərbaycanın görkəmli şəxsiyyətləri tərəfindən Nizami Gəncəvi haqqında keçmişdə söylənmiş məlum, lakin çox yayılmamış və unudulmuş fikirlər, yazılmış məqalələr və elmi araşdırma mətnləri toplanıb. Bu kitab Nizaminin oxucuları, tədqiqatçıları və bütün pərəstişkarları üçün dəyərli bir hədiyyədir.


BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Nizami Gəncəvi elə bir dühadır ki, gələcək nəsillər də onun misilsiz poetik və fəlsəfi irsini araşdırmağa davam edəcək. Nizaminin poeziya xəzinəsinin tədqiqinə bizim də kiçik töhfəmizin olmasından çox məmnunuq. Nizami eyni zamanda Şərqin ən böyük mütəfəkkirlərindən biridir və bu kitabda toplanmış yazılardan və mülahizələrdən də görünür ki, onun dərin fəlsəfi irsi həmişə elə şeirləri qədər yüksək tutulub. Azərbaycanın görkəmli dövlət xadimi və şairi Abbasqulu ağa Bakıxanov Nizami haqqında yazısında belə deyib: "Onun böyüklüyünü və fəzilətlərini söyləməkdən dil acizdir”. Bundan da mükəmməl və dəqiq söyləmək mümkün deyil.”


Toplu professor Nəsiman Yaqublu tərəfindən tərtib olunub və nəşrə hazırlanıb.


Layihənin ümumi dəyəri kitabın nəşri ilə birlikdə təxminən 52 000 manat təşkil edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol