• $
  • €
  • ₽
  • ₺
  • £

“Qırmızı Ürəklər”lə “Hər şey mümkündür”!

“Qırmızı Ürəklər”lə “Hər şey mümkündür”!
18.03.2022 10:10
Məlumat verdiyimiz kimi, Kapital Bank və "Qırmızı Ürəklər” ("Red Hearts”) Fondu 2021-ci ildə Daun sindromlu şəxslər üçün "Hər şey mümkündür!” adlı sosial layihə həyata keçirib. Layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların cəmiyyətdə aktiv iştirakını təmin etmək olub.
 
Layihə çərçivəsində aztəminatlı ailələrin himayəsində olan daun sindromlu uşaqlar üçün müxtəlif istiqamətlər (rəsm, rəqs, kulinariya, keramika, qurama sənəti, ippoterapiya və s.) üzrə master-klaslar həyata keçirilib. 2022-ci ilin mart ayının 21-i, Ümumdünya Daun Sindromlu İnsanlar Günü ərəfəsində layihənin davamı olaraq daha bir neçə tədbir həyata keçirilib.
 
Bu dəfə "Günəş uşaqlar" adlandırılan Daun sindromlu uşaqlar üçün layihənin tərəfdaşları olan "Kinderland” əyləncə mərkəzində və "İL Patio” restoranında müxtəlif növ fəaliyyətlər və master-klaslar təşkil edilib. Uşaqlar müxtəlif peşə sahibləri – həkim, yanğınsöndürən, polis, pilot, aşpaz, alim, aktyor, stilist, hotel əməkdaşı, turizm agenti və s. rollarda çıxış edərək həm əyləndilər, həm də bu fəaliyyət sahələri barədə maraqlı məlumatlar əldə etdilər. Layihənin əsas məqsədi gerçək həyat təcrübəsi qazandırmaq və uşaqların öyrənmə bacarıqlarına yiyələnməsinə dəstək olmaqdır.
 
Qeyd edək ki, "Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol