• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı

Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı
30.04.2014 17:27

Azərbaycan Respublikasının Mərkəzi Bankı İdarə Heyətinin 2014-cü ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Mərkəzi Bankın Kommunikasiya departamentindən verilən məlumata görə, iclasda qeyd olunub ki, bu ilin birinci rübündə milli iqtisadiyyatda artım prosesləri davam edib. Qeyri-neft sektoru iqtisadi artımın əsas mənbəyi olub. Ölkənin əlverişli xarici iqtisadi mövqeyi qorunub saxlanıb, strateji valyuta ehtiyatları artmaqda davam edib. Makroiqtisadi sabitlik məhkəmlənib, inflyasiyanın daha da azalması müşahidə olunub, orta illik inflyasiya rüb ərzində cəmi 2% təşkil edib. Manatın məzənnəsinin sabitliyi makroiqtisadi sabitliyin qorunmasında mühüm rol oynayır.İnflyasiyanın aşağı səviyyədə olmasını nəzərə alaraq qeyri-neft sektorunda investisiya fəallığının daha da artmasına və milli iqtisadiyyatın şaxələnməsinə zəruri dəstək vermək, habelə faiz dərəcələrinin enməsinin davamlılığına şərait yaratmaq məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 1 may 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4.75%-dən 4.25%-ə endirilməsi barədə qərar qəbul edib. Eyni zamanda faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilib. Dəhlizin yuxarı həddi 7%-dən 6%-ə, aşağı həddi isə 1%-dən 0.5%-ə endirilib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol