• $
  • €
  • ₽
  • ₺
  • £

"Sovetski"də sökülən evlərin sayı açıqlandı

"Sovetski"də sökülən evlərin sayı açıqlandı
29.04.2014 14:13
“Sovetskidə yaşayıram. Kompensasiya almaq üçün müvafiq komissiyaya müracət etdim. Lakin mənə dedilər ki, sənə yaşayış sahəsinin hər kvadrat metrinə görə 1500 manat deyil, 1000 manatdan hesablanıb veriləcək”. Bunu ANS PRESS-ə Bakının Yasamal rayonu ərazisində “Sovetski”də Akademik Qarayev 85 ünvanında yaşayan Rəşid Hüseynov deyib.Onun sözlərinə görə, ötən həftə “Sovetski” kimi tanınan ərazidəki sökülən evlərin sahiblərinə kompensasiya verilməsini müəyyən edən və bu işlərə nəzarət edən Yasamal rayon icra hakiminin müavini Səməd İslamova müraciət edib.“Səməd İslamov mənə dedi ki, sənə kompensasiya yaşayış sahəsinin hər kvadrat metrinə görə 1500 manat hesablanıb verilməyəcək. 1000 manatdan hesablanacaq. Səbəbini soruşanda dedi ki, sənin yaşayış sahən digərlərinə nisbətən daha çoxdur”, deyə R.Hüseynov şikayət edib.Məsələ ilə bağlı Səməd İslamovla əlaqə saxladıq.O, bildirdi ki, “Sovetski” kimi tanınan ərazidəki sökülən evlərin sahiblərinə kompensasiya verilməsi dövlət tərəfindən necə müəyyən edilibsə, ümumi qayda necədirsə, elə də davam edir. Bu qaydalar hamıya şamil edilir və kompensasiya üçün müracət edənlərə ayrı-ayrı qiymətlər söylənilmir: “Komissiyada təkcə mən iştirak etmirəm. Kompensasiyanın ödəmə işlərinə, razılıq protokoluna nəzarət edən təşkilat, həm ölçü, həm də qiymətləndirmə işlərini aparan təşkilat və Maliyyə Nazirliyinin nəzarət təftiş idarəsinin rəisi iştirak edir. Onların hamısı razılaşma protokollarının imzalanmasında iştirak edir”.Rəşid Hüseynovun şikayətinə gəlincə, Səməd İslamov bildirdi ki, şikayətçinin nəzərdə tutduğu ərazi ola bilsin ki, yaşayış sahəsi sayılmır.“Ola bilsin ki, həyətdə anbar xarakterli yerdir və hündürlüyü 1.50, 1.60 metrdir. Yaşayış məqsədi ilə istifadə olunmur. Onlara verilən vəsait dövlət büdcəsindən verilir. Bizə hansı tapşırıq verilibsə, onu yerinə yetiririk. Hər kəsə 1500 manatdan hesablanır. Əgər mənzilə bitişik deyilsə, həyətdə yerləşirsə və yaşayış üçün istifadə olunmursa, anbar xarakteri daşıyırsa qiyməti 1000 manatdan hesablanır”, deyə S.İslamov bildirib.Onun sözlərinə görə, bu günə qədər 674 razılaşma protokolu əldə olunub, 646 nəfərin isə bank hesabına vəsait köçürülüb. 56 mənzil isə sökülüb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol