• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ətə olan tələbatının 85% öz hesabına ödəyir

Azərbaycan ətə olan tələbatının 85% öz hesabına ödəyir
06.04.2022 16:27
Azərbaycan ölkənin ərzaq məhsullarına olan tələbatının çox hissəsini ölkə daxili istehsal hesabına ödəməyə nail olub. Bu barədə Anews.az-a Nazirlər Kabinetindən məlumat verilib. 

"Keçən il Azərbaycan ölkənin ət məhsullarına olan tələbatının 85%-i, kartofa - 91%-i, tərəvəzə  -  110%-i, meyvəyə - 116%-i, üzümə - 96%-i, yumurtaya - 100%-i daxili istehsal hesabına ödəyib", - hökumətdən bildirilib.

Azərbaycan bu nəticələrə istehsalçıların subsidiyalaşdırılması, güzəştli kreditlərin verilməsi, gömrük və vergi güzəştlərinin tətbiqi hesabına nail olub. 

O cümlədən, ötən il 1 milyon 274,2 min hektar əkin sahəsini becərən və çoxillik bitkilər yetişdirən  401.600 fermerə ümumilikdə 247 milyon 279,7 min manat subsidiya verilib. 223 ting və toxum istehsalçısına isə 6 milyon 658,4 min manat subsidiya ayrılıb. 

Bundan əlavə, 47,1 min fermerə süni mayalanma yolu ilə əldə etdikləri 90,7 min baş iribuynuzlu mal-qaraya görə, 9 milyon 67,4 min manat, 22,2 min arıçıya 5 milyon 313,25 min manat subsidiya verilib.

2021-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri və İnkişafı Agentliyi tərəfindən aqrar sahədə çalışan 4,5 min hüquqi və fiziki şəxsə 71,5 milyon manat güzəştli kredit verilib. 

Eyni zamanda, fermerlər tender və ya lizinq yolu ilə götürdükləri 8,2 min ədəd kənd təsərrüfatı texnikasının alınmasına görə güzəştlər, o cümlədən kredit faizləri üzrə 80 milyon manat subsidiya alıblar. 

Həmçinin 7,3 min baş damazlıq heyvanın alınması üçün 200 sahibkarlıq subyektinə 17 milyon manat güzəştli kredit verilib.

N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol