• $
  • €
  • ₽
  • ₺
  • £

Büdcə pulları hara xərclənib? - HESABAT

Büdcə pulları hara xərclənib? - HESABAT
13.04.2022 15:39
2022-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 5688,3 milyon manat proqnoza qarşı 5629,5 milyon manat və ya 99,0 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 105,8 milyon manat və ya 1,9 faiz çoxdur. bununla bağlı Maliyyə Nazirliyinin 2022-ci ilin 1-ci rübündə dövlət büdcəsi xərcləri haqqında hesabatında qeyd edilib. 
 
Hesabata görə, dövlət büdcəsi xərclərinin 4186,5 milyon manatı və ya 74,4 faizi cari xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 166,1 milyon manat və ya 4,1 faiz çox), 1094,2 milyon manatı və ya 19,4 faizi əsaslı xərclərə, 348,8 milyon manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 48,7 milyon manat və ya 12,3 faiz az) yönəldilib. 
 
Cari ilin 1-cü rübündə sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 49,3 faizini (2021-ci illə müqayisədə 1,3 faiz-bənd çox) təşkil etməklə 2774,0 milyon manat məbləğində icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 122,4 milyon manat və ya 4,6 faiz çoxdur.
 
Cari ilin 1-ci rübündə dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol