• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” və “Breyn Rinq” tərəfdaşlığı davam edir

“Nar” və “Breyn Rinq” tərəfdaşlığı davam edir
15.04.2022 15:08
"Nar” 2022-ci ildə də ölkənin nüfuzlu bilik yarışı "Breyn Rinq”lə əməkdaşlığını davam etdirir. Artıq 19-cu mövsümə start vermiş intellekt müsabiqəsində Azərbaycanın 9 bölgəsini və 8 universitetini təmsil edən 20 komanda yarışır. 19-cu mövsümdə komandalar 3 divizionda, Bakı, regional və tələbə divizionlarında mübarizə aparır. Bakı divizionunda 4, region və tələbə divizionlarının hər birində 8 komanda iştirak edir. Divizionların qalibləri və reytinq əsasında seçilən bir komanda mövsüm finalında görüşəcəklər. Hər cümə saat 22:00-da İctimai TV-də komandalar arasındakı kəskin bilik mübarizəsini izləmək mümkündür.

Müsabiqəni efirdən izləyən "Breyn Rinq” tamaşaçıları da suallara cavab vermək və "Nar”dan hədiyyə qazanmaq imkanına sahidirlər. Bunun üçün efirdə səslənən xüsusi suala "Nar”ın "Twitter” səhifəsindən cavab vermək lazımdır.

Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində davamlı layihələri ilə seçilən mobil operator "Nar” uzun illər ərzində "Breyn Rinq” layihəsi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq da "Nar”ın təhsilə və maariflənməyə dəstək KSM strategiyası çərçivəsində həyata keçirilir.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol