• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda neft hasilatı aşağı düşüb

Azərbaycanda neft hasilatı aşağı düşüb
15.04.2022 17:07
2022-ci ilin birinci rübündə Azərbaycanda neft və qaz kondensatı  hasilatı 8 milyon 347,8 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% azdır. Bu barədə  Dövlət Statistika Komitəsi məlumat yayıb. 

O cümlədən, 8 milyon 323,4 min ton ( 5,4% azalıb) əmtəəlik neft  və qaz kondensatı hasil edilib. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-martında Azərbaycanda qaz hasilatı 11 milyard 802,9 milyon kubmetr (13,5% artıb) təşkil edib. Eyni zamanda, əmtəəlik qaz hasilatı 9 milyard 84,3 milyon kubmetr (16,4% artıb) olub.

2021-ci ildə Azərbaycanda  neft  qaz kondensatı istehsalı 34 milyon 580,7 min ton (2020-ci illə nisbətən 0,1% azalıb), qaz hasilatı isə  43 milyard 863,5 milyon kubmetr (18,1% artıb) təşkil edib. 

Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ineft xracı 2022-ci ilin  birinci rübündə 2021-ci ilin  eyni vaxtı ilə müqayisədə  6,87 milyon tondan 6,67 milyon tona qədər azalıb. 
 
BTC ilə ixrac edilən  tranzit neftin həcmi  isə 1,201 milyon tona kimi artıb. 2021-ci ilin eyni dövründə bu göstərici ki 0,858 milyon ton idi. Bu əsasən Türkmənistan neftinin daşınmasının artması hesabına baş verib.
 
Azərbaycanın neft ixracının 77,2%-i BTC boru kəmərinin payına düşür.  Cəmi  2022-ci ilin  yanvar-martında Azərbaycan magistral boru kəmərləri ilə 8,6 milyon ton neft ixrac edib. 
 
BTC nin ümumi uzunluğu 1768 kilometrdir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondur. Bu kəmər Azərbaycan neftini Türkiyənin ceyhan limanına oradan isə tankerlərlə dünya bazarına çıxarmağa imkan verir.
 
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol