• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan qaz ixracını artırıb

Azərbaycan qaz ixracını artırıb
19.04.2022 21:42
2022-ci ilin birinci rübündə Azərbaycandan qaz ixracı 5 milyard 883,866 milyon kubmetr təşkil edib ki, bu da 2021-ci ilin yanvar-martı ilə müqayisədə 14,7% çoxdur. Bu barədə SOCAR məlumata verib. 

SOCAR-ın Gürcüstana birbaşa qaz ixracı 770,274 milyon kubmetr  ( 50,6% artıb) təşkil edib.

Azərbaycan Qaz Emalı Zavodunda (AZQEM) 2022-ci ilin birinci rübündə 947 milyon 524,612 min kubmetr (17,3% azalıb) qaz emal edilib.

SOCAR-ın məlumatına görə, 2022-ci ilin birinci rübündə Azərbaycanda qaz istehlakı 4 milyard 759,048 milyon (artım 9,3%) təşkil edib.
 
"Qaz istehlakının artımına karbamid və metanol istehsalının kəskin artması, eləcə də ölkədə qazlaşdırma səviyyəsinin 96,3%-ə yüksəlməsi təsir edib”, -  şirkətdən bildirilib. 

Hazırda Azərbaycan qazı Cənub Qaz Dəhlizi (GQD) sistemi ilə Gürcüstan, Türkiyə və Avropaya ixrac edilir.

SGDC-nin tərkib hissəsi olan TAP qaz kəməri ilə Avropaya ixraca  2020-ci il dekabrın 31-dən başlanılıb. 

Bundan əlavə, Azərbaycan qazı Türkiyəyə  və Gürcüstana  ixrac edilir.

Azərbaycan Energetika Nazirliyinin proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyəyə ixracı 8,2 milyard kubmetr, Avropaya isə 9,1 milyard kubmetr təşkil edəcək.

2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya  8 milyard kubmetrdən çoxu qaz ixrac edib.
 
N.Təbrizli



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol