• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-da çaxnaşma: büro ləğv olundu

SOCAR-da çaxnaşma: büro ləğv olundu
28.04.2014 11:16
“Azəriqaz” İstehsalat Birliyinin tərkibindəki layihə konstruktur bürosu ləğv olunub.

“Axar.az” xəbər verir ki, qaz çəkilişlərinin layihələndirilməsi işinə baxan büroda çalışan 250-yə yaxın işçinin aqibəti hazırda sual altındadır.Qeyd edək ki, Layihə konstruktur bürosu əvvəllər “Azəriqaz” QSC-nin tərkibində  institut kimi fəaliyyət göstərib. “Azəriqaz” Azərbaycan Dövlət Neft Şirkətinə daxilinə istehsalat birliyi kimi daxil edildikdən sonra Layihə İnstitutu büroya çevrilib. Bununla da fəaliyyəti məhdudlaşdırılan büronun  önəmi də aşağı düşmüş oldu. Bu, özünü həmçinin işçilərin əməkhaqlarında da göstərməyə başladı.3 ay əvvəl isə Layihə konstruktor bürosunda attestasiya keçirilib və büronun 50-dək əməkdaşı attestasiyadan keçə bilmədiyi üçün ixtisara salınıb. Artıq bir həftədir ki, ümumiyyətlə büro ləğv edilib və orda çalışan 250 işçinin taleyi bilinmir.Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev “Axar.az”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin müvafiq əmri ilə “Azəriqaz” İstehsalat Birliyinin layihə konstruktor bürosunun ləğv olunduğunu təsdiqlədi.Onun sözlərinə görə, məqsəd “Azəriqaz”  İstehsalat Birliyinin idarəetmə mexanizminin təkmilləşdirilməsi və struktur bölmələrin fəaliyyətinin səmərəliyinin artırılmasıdır: “Azəriqaz”ın idarəetmə aparatında layihə konstruktur bürosunun funksiyalarını yerinə yetirən başqa bir struktur bölmə yaradılır”.A.Ağayevin sözlərinə görə, işçilərin ixtisara salınması barədə deyilənlər yanlış məlumatdır: “Həmin işçilərin yenidən yerləşdirilməsi məsələlərinə baxılacaq. Sərbəstləşən işçilər də Dövlət Neft Şirkətinin müvafiq proqramına qoşula bilərlər”.Layihə konstruktur bürosunun funksiyalarını yerinə yetirən struktur bölmədə çalışanların maaşlarının nə qədər olacağı isə məlum deyil: “Bu barədə isə bir söz deyə bilmərəm. Bunlar idarəetmə aparatında yaradılacaq və bir çox məsələlər kimi buna da baxılacaq”.Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyində hazırda Hesablama Palatası yoxlamalar aparır və külli miqdarda qaz itkisi narahatlığı yaşanır. “Azəriqaz”ın ümumiyyətlə taleyinin necə olacağı bilinmir. SOCAR-dakı mənbələrdən aldığımız məlumata görə, hər şey Hesablama Palatasının apardığı yoxlamanın yekun nəticəsindən asılıdır.Qeyd edək ki, ötən həftə Hesablama Palatası bir neçə nazirlik və müəssisədə korrupsiya faktı ilə bağlı hesabat yaymışdı.ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol