• $
  • €
  • ₽
  • ₺
  • £

Neft bahalaşır

Neft bahalaşır
21.04.2022 22:34

Dünya bazarında xam neftin qiyməti artmaqda davam edir. Buna Avropa İttifaqının Rusiya  yancağından imtina etməsi və ABŞ-ın neft ehtiyatlarının azalması barədə səsləndirilən bəyanat səbəb olub.

Londonun ICE Futures birjasında saat 19:08-ə Brent markalı neftin iyun fyuçersləri 1,43 dollar (1,34%) bahalaşaraq 1 barrel üçün 108,23 dollar təşkil edir.

Nyu-York əmtəə birjasında (NYMEX) iyun üçün WTI fyuçerslərinin dəyəri bu dəfə 1,76 dollar (1,72%) artaraq 1 barelə görə 103,95 dollara qədər yüksəlib.
 
Avropa ölkələri, Böyük Britaniya və ABŞ Rusiyanın enerji resurslarının alınmasına məhdudiyyətlər qoymaqda davam edir. Belə ki, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Burbok bildirib ki,  Almaniya ilin sonuna kimi Rusiya neftinin idxalından tamamilə imtina edəcəK. 

"Çox güman ki, biz daş kömür kimi Rusiya neftinin də alınmasının  tədricən dayandırılacağının şahidi  olacağıq", - ING analitiki Uorren Patterson bildirib.

"Tədricən əvəzetmə ticarət axınlarında daha nizamlı düzəlişlər etməyə imkan verəcək ki, qiymətlərə təsir dərhal qadağa ilə müqayisədə daha məhdud olsun", - o əlavə edib.

Bu arada, ərəfədə məlum olub ki, ABŞ-da kommersiya neft ehtiyatları keçən həftə 8,02 milyon barel azalıb ki, bu da 2021-ci ilin yanvarından bəri ən yüksək göstəricidir. Bloomberg-in sorğusuna qatılan ekspertlər ehtiyatların orta hesabla 3 milyon barrel artacağını gözləyirdilər.

Kpler-in analitiki Matt Smit bildirir ki, "neft emalı zavodlarında artan iş yükü, aşağı idxal  və aktiv ixrac  neft ehtiyatların belə kəskin azalmasının əsas səbəbidir. İxrac əsasən Avropa ölkələrinin  hesabına artır". 

N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol