• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda banklar birinci rübdə aktivlərini 3% artırıb

Azərbaycanda banklar birinci rübdə aktivlərini 3% artırıb
22.04.2022 19:42
31 mart 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin cəmi aktivləri 39 milyard 673,2 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 

31 dekabr 2021-ci il tarixinə Azərbaycanda bankların aktivləri 38 milyard 462,2 milyon manat təşkil edib. Belə ki, 2022-ci ilin birinci rübündə  bankların aktivləri 3,1% artıb. 

Martın sonuna bankların kredit portfeli 17 milyard 528,2 milyon manat təşkil edib ki bu da 2021-ci ilin sonu ilə müqayisədə 5,2% artım deməkdir. 

Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 941,5 milyon manat təşkil edərək  0,6% azalıb. 

Bankların öhdəlikləri 3,7 faiz artaraq 34 milyard 731,7 milyon manata bərabər olub. . O cümlədən, bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 0,6% azalaraq 317,2 milyon manat həcmində qiymətləndirilir. Banklardakı depozit portfeli 4,9 % artaraq 28 milyard 259,2 milyon manat, o cümlədən əhalinin əmanətləri  12,9% artaraq 10 milyard 200,8 milyon manat  təşkil edir.

Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-martında bankların cəmi xalis mənfəəti 173,9 milyon manat  təşkil edib ki, bu da  2021-ci ilin eyni dövrü ilə müqayisədə 16,9% çoxdur. 

Hesabat dövründə bankların faiz gəlirləri 604,2 milyon manat (22% artıb), o cümlədən verilmiş kreditlər üzrə 501,4 milyon manat (27,2% artıb) olub.

Bankların qeyri-faiz gəlirləri 225,9 milyon manat  olub ki bu da 32,3% artım deməkdir. 

Bankların faiz xərcləri 143,4 milyon manat ( 11,2% artıb), o cümlədən depozitlər üzrə 100 milyon manat (21,1% artıb) təşkil edib.

Bankların qeyri-faiz xərcləri 397,8 milyon manat (31,9% artıb) təşkil edir.

2022-ci ilin birinci rübündə  Azərbaycanın bank sektorunun əməliyyat mənfəəti 275,4 milyon manat (24,7% artıb) təşkil edib.

Bütövlükdə, hesabat dövründə bankların vergidən əvvəlki məcmu mənfəəti 215,6 milyon manat ( 19,2% artıb), mənfəət vergisi ödənişləri 41,6 milyon manat (29,6% artıb) səviyyəsində qiymətləndirilir.

31 mart 2022-ci il tarixinə Azərbaycanda 26 bank, o cümlədən 12 xarici kapitallı bank fəaliyyət göstərmək üçün lisenziya alıb.  Ümumilikdə bankların 486 filialı (2021-ci ilin sonu ilə müqayisədə 1,5% artıb) və 95 şöbəsi ( 2,1% azalıb) var.

Azərbaycanın bank sektorunda 21 031 min nəfər çalışır ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 3,5% çoxdur. 
 
 N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol