• $
  • €
  • ₽
  • ₺
  • £

Nobel prospektində çökmə intensivləşib - FOTOLAR

Nobel prospektində çökmə intensivləşib - FOTOLAR
25.04.2014 17:25
Bakının Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə intensiv şəkildə davam edir. “APA-Economics”in hadisə yerində olan əməkdaşının məlumatına görə, ərazidə böyük intensivlik var. Çökmə baş verən hissəsinin təmir olacağını bildirən lövhə və nişanlar da qoyulub. Maraqlıdır ki, çökmənin qarşısı alınmadığı halda, həmin ərazi asfalt-beton örtüyü ilə bağlanıb. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə bildirib ki, həmin ərazi hərəkətin intensiv olduğu yerdir, çala örtülməsəydi, bədbəxt hadisə baş verə bilərdi. “Bundan başqa, çökmə baş vermiş ərazidə müasir texnikanın köməyi ilə düzgün kipləşdirmək işi apardıq və asfalt-beton örtüyü vurduq. Lakin normativlərə uyğun kipləşdirmə işi aparılsa da, çökmə yenə də davam edir. Problem aradan qalxmasa, o yol yenə də çökəcək və getdikcə davam edəcək”, - deyə P. Mürsəliyev vurğulayıb. “Azərsu” ASC-dən isə “APA-Economics”ə bildiriblər ki, hazırda çökmənin səbəbləri araşdırılır. “ “Hazırda çökmənin kanalizasiya kollektoruna ziyan vurub-vurmamasını araşdırırıq. Çökmənin səbəbi hələlik məlum deyil. Batmış hissənin doldurulması və oraya asfalt vurulması ilə bağlı qərar qəbul edildi və dərhal icra olundu. Hazırda Fövqəladə Hallar Nazirliyi, “Azərsu”, “Azəryolservis” çökmənin səbəbini müəyyən etmək üçün birgə araşdırma aparır”, - deyə “Azərsu”dan bildirilib. Xatırladaq ki, aprelin 21-də səhər 08:00 radələrində Bakının Nobel prospekti, 67 ünvanında, “Azərneftyağ” neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub, bununla da asfalt-beton örtüyü tamamilə çöküb. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol