• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda karbamid istehsalı artıb

Azərbaycanda karbamid istehsalı artıb
06.05.2022 23:01
SOCAR Karbamid Zavodu 2022-ci ilin birinci rübündə 151,1 min ton karbamid istehsal edib ki, bu da ötən ilin yanvar-martı ilə müqayisədə 9,2 dəfə çoxdur. Bu barədə SOCAR-ın Telegram kanalında dərc olunmuş məlumatda qeyd edilir. 


2022-ci ilin birinci rübündə zavod dünya bazarlarına 56,7 milyon dollar (artım 33,4 dəfə) dəyərində 83,6 min ton (artım 8 dəfə) karbamid ixrac edib.


Ümumilikdə, 2022-ci ilin yanvar-martında müəssisə üzrə hazır məhsul satışı 137 min ton, o cümlədən daxili bazarda 53,4 min ton təşkil edib.


"SOCAR Karbamid Zavodunun 2022-ci ilin birinci rübündəki fəaliyyəti 36,3 milyon ABŞ dolları məbləğində karbamidin idxalı əvəzləməsini təmin edib.Bu məhsulların ixracı nəzərə alınmaqla, hesabat dövründə SOCAR-ın işinin ümumi iqtisadi səmərəsi olub. karbamid zavodu 93 milyon dollar dəyərində qiymətləndirilir”, - şirkət qeyd edir.


SOCAR-ın məlumatına görə, Azərbaycan karbamidi əsasən 5 ölkəyə  Braziliya, Türkiyə, Moldova, Bolqarıstan, Hindistana ixrac edir.


SOCAR-ın karbamid zavodu ölkənin xaricdən gətirilən azot gübrələrindən asılılığının aradan qaldırılmasında və yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır.


SOCAR Karbamid Zavodu 2019-cu il yanvarın 16-da istifadəyə verilib, iyundayıb müəssisə karbamid ixracına başlayıb. Müəssisəyə üç istehsal sahəsi daxildir - ammonyak, karbamid və karbamid qranullarının istehsalı.


Zavodun gücü sutkada 1,2 min ton ammonyak və 2 min ton karbamid istehsal etməyə imkan verir.  Eyni zamanda, zavodun karbamid ixracından illik gəliri 160 milyon dollar proqnozlaşdırılır.


Azərbaycanın karbamidə daxili tələbatı ildə 100-150 min tondur.


Zavodun tikintisi 780 milyon avroya başa gəlib. 


N.Təbrizli


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol