• $
  • €
  • ₽
  • ₺
  • £

Avropada qazın qiyməti təxminən 2% ucuzlaşıb

Avropada qazın qiyməti təxminən 2% ucuzlaşıb
09.05.2022 12:37
Avropada qaz qiymətləri bazar ertəsi ticarətin əvvəlində orta hesabla 2% ucuzlaşıb. Bunu ICE London Fond Birjasının məlumatları göstərir.

Ticarət sessiyasının açılışında Avropanın ən böyük habı olan TTF indeksi üzrə qazın iyun fyuçerslərinin dəyəri 1 000 kubmetr üçün 1 069,4 ABŞ dolları olub, sonra kotirovkalar bir qədər artaraq 1 105,2 dollar təşkil edib. Cümə günü hesablaşma qiymətinin 1 109,5 dollar olduğunu nəzərə alsaq, orta azalma 2% təşkil edir.

Avropada qazın qiyməti Ukraynada hərbi əməliyyatların başlanmasından sonra kəskin artıb: fevralın 23-də yaxın fyuçerslər üçün hesablaşma qiyməti min kubmetrə görə 1 038,6 dollar idisə, fevralın 24-də bu rəqəm təqribən 50% artaraq 1 555,5 dollara yüksəlib.

Ümumiyyətlə, son iki ayda minimum hesablaşma qiyməti aprelin 25-də qeydə alınıb – hər min kubmetr üçün 1 027,1 ABŞ dolları. Bundan sonra qaz fyuçersləri yenidən bahalaşaraq min kubmetr üçün 1 370 dollara çatıb. Kotirovkalardakı yeni kəskin artım Polşa və Bolqarıstanın qazın qiymətini rublla ödəməkdən imtina etmələrinə görə "Qazprom”un bu ölkələrə qaz tədarükünü dayandırması ilə bağlı olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol