• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Azərbaycanda elektrik enerjisi istehsalı artıb
13.05.2022 16:44
2022-ci ilin aprelində Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2046,0 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 23,1 mln. kVt·st, yaxud 1,2 % artması deməkdir. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında yazıb.

Apreldə elektrik enerjisinin idxalı 10,0 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,1 mln. kVt·st təşkil edib. Enerji ixracı isə 11,0 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 36,0 mln. kVt·st azalıb.

Ümumilikdə, 2022-ci ilin yanvar-aprelində  respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə yəni 3,3 % artaraq 9240,1 mln. kVt·st olub.

Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 232,6 mln. kVt·st artaraq 8621,3 mln. kVt·st olub. Göstərici SES-lərdə 52,2 mln. kVt·st artaraq 492,6 mln. kVt·st bərabər olub. Digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 7,4 mln. kVt·st artaraq 126,2 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 32,2 mln. kVt·st, günəş elektrik stansiyalarında 18,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 76,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

4 ay ərzində elektrik enerjisinin istehsalı "Azərenerji” ASC üzrə 8350,5 mln. kVt·st (İES-lərdə 7887,5 mln. kVt·st, SES-lərdə 463,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 116,26 mln. kVt·st (İES-lərdə 73,9 mln. kVt·st, SES-lərdə 25,7 mln. kVt·st, GES-də 16,64 mln. kVt·st), "Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 20,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 753,2 mln. kVt·st təşkil edib.

2022-ci ilin 4 ayında üzrə elektrik enerjisinin ixracı 518,6 mln. kVt·st olmaqla, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 35,4 mln. kVt·st azalıb. Bu dövrdə elektrik enerjisinin idxalı isə 40,7 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6,6 mln. kVt·st artıb.
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol