• $
  • €
  • ₽
  • ₺
  • £

Facebook-un gəliri 642 milyon dollara çatıb

Facebook-un gəliri 642 milyon dollara çatıb
24.04.2014 19:47
Dünyanın ən böyük sosial şəbəkəsi Facebook-un gəliri ilin birinci rübündə 72% artaraq 2,5 milyard dollara yüksəlib.

Anspress-in məlumatına görə, şirkətin gəliri 642 milyon dollara çatıb. Facebook-un mobil xidmətlər üçün daha çox reklam şirkətini cəlb etməsi gəlirlərini xeyli artırıb. Şirkətin mənfəəti bu ilin ilk rübündə ötən illə müqayisədə 193% artaraq 219 milyon dollardan 642 milyon dollara yüksəlib. Bu göstəricilərdən sonra isə Facebook-un səhmlərinin dəyəri 4% artıb.Facebook-dan verilən məlumata görə, gəlirlərinin 59%-i mobil reklam gəlirlərdən ibarətdir. Ötən il isə bu rəqəm 30 % civarında olub. Facebook-un qurucusu Mark Zukerberq şirkətin güclü olduğunu və böyüdüyünü ifadə edərək 2014-cü ilə çox yaxşı başladıqlarını bildirib. Mark həmçinin qeyd edib ki, şirkətin missiyasını reallaşdırmaq üçün çox yaxşı vəziyyətdədirlər.Qeyd edək ki, sürətli mobil mesajlaşma xidmətində fəaliyyətini genişləndirmək istəyən Facebook bu ilin fevral ayında aylıq təxminən 450 milyon istifadəçisi olan WhatsApp-ı 19 milyard dollara satın alıb. Ümumilikdə 1,2 milyard istifadəçiyə sahib olan Facebook, WhatsApp-ı ayrı bir xidmət təmin edicisi olaraq istifadə etməyə davam edəcəyini açıqlayıb.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol