• $
  • €
  • ₽
  • ₺
  • £

Neft-qaz gəlirləri Azərbaycan iqtisadiyyatının əsas gəlir sahəsidir - Mikayıl Cabbarov

Neft-qaz gəlirləri Azərbaycan iqtisadiyyatının əsas gəlir sahəsidir - Mikayıl Cabbarov
17.05.2022 11:21
Neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının hələ də əsas gəlir sahəsi olaraq qalmaqdadır.   Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Avropa İttifaqı biznes forumunda deyib. 

"Azərbaycanda neft-qaz əsas gəlir sahəsi  və ixrac məhsulu olaraq hakim mövqeyini qoruyub saxlayıb. Lakin qeyri-neft sahəsi üzrə ötən illə müqayisədə artım olub. Azərbaycanda cari il 4 ayında qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40% çox olub. Avropa İttifaqının Azərbaycana investisiyası 20 milyard ABŞ dollarından çox olub. Bu il də Avropa ilə ticarət dövriyyəsi rekord həddə çatacaq”, - nazir əlavə edib.
 
Onun sözlərinə görə,  son 10 ildə Avropa İttifaqının  700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərib. 
 
2022-ci il yanvar-aprelində Azərbaycanda iqtisadi artım 7,2%,  qeyri-neft sektoru üzrə artım 11,4% təşkil edib.
 
Nazir vurğulayıb ki, Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin ümumi daxili məhsulda (ÜDM) payı 60 %-ə çatacaq. Onun sözlərinə görə, 2022-2026-cı illəri əhatə edən Strateji plana uyğun olaraq, Azərbaycanda KOB subyektlərinin məşğulluqda payı 70 %, qeyri neft ixracında payı isə 40% olacaq.

2021-ci ildə Azərbaycanla Avropa Ittifaqı ölkələri arasında ticarətin həcmi rekord həddə - 15,4 milyard avro təşkil edib. Bu da Azərbaycanın ümumi ticarət dövriyyəsinin 45%-ni təşkil edir.
 
Bu gün Bakıda Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçirilir. Tədbirin təşkilatçıları Aİ-nın Azərbaycandakı nümayəndəliyi, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, Azərbaycan-İtaliya Ticarət Palatası, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyidir (AZPROMO). Biznes forumu Azərbaycanla Aİ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında səmərəli əməkdaşlığın qurulması məqsədi daşıyır.
 
Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol