• $
  • €
  • ₽
  • ₺
  • £

BP-nin Azərbaycanda neft hasilatı aşağı düşüb - RƏSMİ

BP-nin Azərbaycanda neft hasilatı aşağı düşüb - RƏSMİ
10.06.2022 16:02
BP-Azərbaycan  ölkənin ən iri neft yataqları olan Azəri-Çıraq-Günəşlidə (AÇQ) hasilatı 2022-ci il yanvar-mayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4% azaldıb. Bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat verib.  
 
Bu ilin ilk  5 ayında ACQ-də hasilat keçən ilin uyğun dövrü ilə müqayisədə 9,5 milyon tondan 8,8 milyon tona kimi azalıb. 

Bu ilin yanvar-mayında Azərbaycanda  neft hasilatı 13,9 milyon ton təşkil edib. 
 
"Respublika üzrə neft hasilatının 8,8 milyon tonu "Azəri-Çıraq-Günəşli”nin, 1,9  milyon tonu (kondensat) "Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib ", - Energetika Nazirliyi bildirib. 
 
BP-Azərbaycan "Şah-dəniz" qaz yatağından hasilatı ötən ilin uyğun dövrü ilə müqayisədə 8,4 milyard kubmetrdən 10,6 milyard kubmetrə kimi artırıb. 
 
"Cari ilin 5 ayı ərzində ölkədə 19,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 5,8 milyard kubmetri AÇG-dən, 10,6 milyard kubmetri "Şahdəniz”dən, 3,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,3 faiz, yəni 2,6 milyard kubmetr artımla qaz hasil edilib", - Energetika Nazirliyinin məlumatında bildirilib. 

AÇG xarici şirkətlərdən ibarət Neft konsorsiumu tərəfindən istismar edilir. Layihədə BP - 30,37%, SOCAR -25,0%, MOL - 9,57%, İNPEKS - 9,31%, Equnor - 7,27%, EksonMobil - 6,79%, TPAO - 5,73%, İTOÇU - 3,65%, ONGCVideş - 2,31% ilə  təmsil olunub. 

Ləman Qasımova 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol