• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan neft hasilatı azalıb

Azərbaycan neft hasilatı azalıb
10.06.2022 16:58
Azərbaycan neft hasilatını (kondensatla birgə)  2022-ci ilin yanvar-mayında ötən ilin uyğun dövrü  ilə müqayisədə 14,3 milyon tondan 13,9 milyon tona endirib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. 
 
Hasil edilən neftin 3,2 milyon tonu SOCAR-ın, 8,8 milyon tonu  BP şirkətinin operatorluğu altında istismar edilən Azəri-Çıraq-Günəşli  yataqlarının, qalanı isə "Şahdəniz" yatağından çıxarılan qaz kondensatının payına düşür.  
 
Hesabat dövründə 11,4 milyon ton neft (kondensatla birlikdə) ixrac edilib.  Bunun 10,7 milyon tona yaxını konsorsiumun, 696.000 tonu isə SOCAR-ın payına düşür.
 
Cari ilin 5 ayında Azərbaycanda qaz hasilı ötən ilin uyğun dövrü ilə müqayisədə 2,6 milyard artıraraq 19,6 milyard kubmetr təşkil edib. 
 
"Hasil edilən qazın 5,8 milyard kubmetri AÇG-nin, 10,6 milyard kubmetri "Şahdəniz” yatağının, 3,2 milyard kubmetri SOCAR-ın payına düşüb. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatı  15,3 faiz, yəni 2,6 milyard kubmetr artıb", - Energetika Nazirliyi bildirib. 
 
Ölkədə neftin emalı 2022-ci ilin yanvar-mayında 2,3 milyon ton təşkil edib.
 
Ləman Qasımova



 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol