• $
  • €
  • ₽
  • ₺
  • £

62747 ədəd yeni nəsil NKA quraşdırılıb

62747 ədəd yeni nəsil NKA quraşdırılıb
13.06.2022 17:47
Azərbaycanda Dövlət Vergi Xidməti tərəfindən indiyədək 62747 ədəd  ölkədə yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb. Bu barədə Dövlət Vergi Xidmətinin rəsmi saytı məlumat yayıb.

2022-ci ilin yanvar-mayında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8 milyard 405 milyon 425,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,1% çoxdur.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilən "Nəzarət-kassa aparatlarının istismarı” Qaydalarına əsasən 7.2.25-ci maddəsinə əsasən, Operatorun vəzifələrinə  vergi ödəyicisini öz imzası və möhürü ilə təsdiq edilməklə texniki xidmət jurnalı və NKA-nın nasaz olduğu dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək, habelə istifadəçilərdə saxlanılan texniki xidmət jurnalında göstərilən servis-texniki xidmətlər barədə müvafiq qeydlər aparılması həvalə olunub.

Bundan əlavə, Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinə əsasən, vergi ödəyicisi istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməli, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmalı və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməlidir.

Nəzarət kassa aparatının xarab olduğu zaman, vergi ödəyicisinin Vergi Məcəlləsinin 16.1.10-cu maddəsində nəzərdə tutulan qaydada pul hesablaşmalarının qeydiyyatının aparmamasına görə maliyyə sanksiyaları mövcüddür. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların pozulması zamanı aşağıdakı cərimələr tətbiq edilir:

-  təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 
- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 

Ləman Qasımova

 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol