• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “İT-Akademiya” fəaliyyətə başlayır

Azərbaycanda “İT-Akademiya” fəaliyyətə başlayır
21.06.2022 22:00
Təhsil və İqtisadiyyat nazirlikləri rəqəmsal sahədə yeni peşəyə yiyələnmək istəyənlər üçün "İT-Akademiya” təhsil layihəsinə start verir.

2022-ci ilin avqust ayında başlayacaq layihə "Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbinin iştirakı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və "Baku Steel Company”nin dəstəyi ilə həyata keçirilir.

Təhsil xərclərinin əsas hissəsi layihənin təşkilatçıları və tərəfdaşları tərəfindən ödəniləcək. Bu isə təhsil alanların maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldacaq.

Layihədə 25 yaşdan yuxarı şəxslər iştirak edə bilər. Namizədlər alqoritmik təfəkkür üzrə test verməlidir. Birinci mərhələdən uğurla keçənlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar. Bu mərhələnin nəticələrinə əsasən 300 namizəd "İT-Akademiya”nın tələbəsi olacaq.

Rəqəmsallaşma sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindəndır. Rəqəmsal iqtisadiyyatın potensialından daha çox istifadə etmək bacarığı böyük rəqabət üstünlüyü yaradır. Bu sahədə insan kapitalının inkişafı xüsusilə önəmlidir. Məhz ixtisaslı İT mütəxəssislərinin olması ölkənin iqtisadi potensialının inkişafı üçün möhkəm zəmin yaradır.

"İT-Akademiya”nın məqsədi İT bazarının inkişafına dəstək göstərilməsi və bu sahədə təhsil sisteminin təkmilləşdirilməsinin sürətləndirilməsidir. Layihə iştirakçıları veb tərtibatçı, sistem administratoru (inzibatçı) və testləşmə üzrə mühəndis peşələri üzrə lazımi biliklər əldə edəcəklər.

Dərslər iki mərhələ üzrə - 2022-ci ilin avqust və noyabr aylarında keçiriləcək. Tədris onlayn və əyani rejimdə olmaqla 5 ay davam edəcək. Kursları müvəffəqiyyətlə bitirənlərə sertifikat veriləcək. Tədris prosesində tələbələr peşəkar təcrübə və real məsələlərin həllində praktiki bacarıqlar əldə edəcəkllər. Əmək bazarında bu sahəyə artan tələbat fonunda "İT-Akademiya”nın məzunları asanlıqla iş tapa biləcəklər.
"İT-Akademiya”da təhsil almaq istəyənlər bu keçiddən istifadə etməklə qeydiyyatdan keçməlidir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol