• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda mühüm dəyişikliklər olacaq

Bakıda mühüm dəyişikliklər olacaq
21.04.2014 15:07
Bakının mərkəz hissəsinin ölkə əhalisində payı təxminən 20%-dir.
Aprel ayının sonuna kimi Məxsusi Bakının Ərazidən İstifadə və Zonalaşdırma Planı hazır olacaq.
ANNET.Az Movqe.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, plan Böyük Bakının Regional İnkişaf Planı və 2009-cu ildə bu sazişə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavabdeh qurum kimi təyin edilməsi haqqında əlavəyə əsasən hazırlanıb:
“Layihənin növbəti mərhələsini Bakı şəhərinin mərkəzində 33 min hektardan artıq ərazini əhatə edən Məxsusi Bakının 1:10000 miqyaslı Ərazidən İstifadə və Zonalaşdırma Planı təşkil edir. Azərbaycanın malik olduğu sosial-iqtisadi potensialın mühüm hissəsi Bakı şəhərinin mərkəz hissəsinin – Məxsusi Bakının payına düşür. Baş plan ərazisinin ölkənin yalnız 0,4%-ni təşkil etməsinə baxmayaraq regionun ölkə əhalisində payı təxminən 20%, ölkə Ümumi Daxili Məhsulunda payı isə 52% təşkil edir.  
BBRİP layihəsinin istinad tarixi kimi 01.01.2011-ci il götürülməklə layihənin hesabat müddətinin son tarixi kimi 2030-cu il qəbul edilib. Planın hazırlanması üzrə tamamlanma işlərinin bu ilin aprel ayında yekunlaşdırılması nəzərdə tutulub. Artıq tamamlanma işləri yekunlaşmaq üzrədir.
Tamamlanma işləri yekunlaşdıqdan sonra plan ictimai müzakirəyə təqdim ediləcək. Burada ölçülərin dəyişdirilməsi ilə yanaşı ekoloji yanaşma olacaq. Plana görə, Məxsusi Bakı ərazisi (Bakı amfiteatrı) mərkəzi biznes rayonu, Sumqayıt və Ələt – urbanizasiya şəhərləri, Xırdalan və Sabunçu alt-mərkəzlər, Lökbatan, Zığ, Sanqaçal, Müşfiqabad, Novxanı, Maştağa, Şüvəlan, Türkan və Hövsan yerli mərkəzlər olacaq”.
ANNET.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol