• $
  • €
  • ₽
  • ₺
  • £

“LinkedIn” şəbəkəsinin auditoriyası 300 milyonu ötdü

19.04.2014 18:57

“LinkedIn” işgüzar insanlar üçün nəzərdə tutulmuş sosial şəbəkəsində qeydiyyatdan keçən istifadəçilərin sayı 300 milyon nəfərə çatıb. Bir neçə ay əvvəl - şirkət dördüncü rübün yekunlarını açıqlayanda onların sayı 277 milyon olub. Ümumilikdə son on beş ayda saytda 100 milyon və ya ayda təxminən 6,7 milyon nəfər qeydiyyatdan keçib.

Bununla yanaşı, “LinkedIn” auditoriyasının əksər hissəsini beynəlxalq istifadəçilər təşkil edir. Saytın istifadəçi bazasının yalnız üçdə bir hissəsi (100 milyon) ABŞ-ın payına düşür ki, onlar da iş axtaranlar, insan resursları mütəxəssisləri və müxtəlif sahələrin digər peşəkarlarından ibarətdir.

“LinkedIn”ın baş vitse-prezidenti DipNişarın sözlərinə görə, sosial şəbəkənin internet trafikinin yarıdan çoxunusmartfonlar təşkil edir. “İştirakçılarımız Kosta-Rika, Malayziya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniya daxil olmaqla onlarla yerdə yaşayır və onlar fərdi kompüterlərdən daha çox mobil qurğulardan istifadə edirlər”, - o vurğulayıb. Vitse-prezident onu da əlavə edib ki, hər gün smartfon və planşetlərdən 15 milyon profil və 1,45 milyon vakansiyaya baxılır, 200-dən çox ölkədə 44 min iş elanı dərc edilir.

“LinkedIn”ıninfoqrafikasına əsasən, sayt istifadəçilərinin təxminən 56 faizi kişilər, 44 faizi qadınlardır. Saytda aktivliyinə görə ABŞ-dan sonra ikinci yeri Hindistan tutur. Üçüncü yerdə Braziliya (5 il əvvəl bu ölkə ümumiyyətlə ilk beşlikdə yer almayıb), dördüncüdə Böyük Britaniya, beşincidə Kanada qərarlaşıb.

Ötən ay “LinkedIn” rəhbəri CeffVeyner2014-cü il üçünABŞ-ın nəhəng şirkətləri arasında ən yaxşı baş direktor seçilib. Reytinq “Glassdoor” şirkəti tərəfindən əməkdaşlar arasında aparılan sorğunun nəticələrinə əsasən tərtib olunub, - “Vestiwww.vesti.ru” yazır. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol