• $
  • €
  • ₽
  • ₺
  • £

Mülkiyyət münasibətləri yeni qaydalarla tənzimlənəcək

19.04.2014 18:19

Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında qərarında dəyişikliklər edib.

APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilən elektron xidmət növlərinin sayı artırılıb.

Bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanda yeni mülkiyyət münasibətləri – uzufrukt və servitutla müraciət və sənədlər elektron qaydada qəbul edəcək, bu sahədə hüquqları dövlət qeydiyyatına alacaq. 

Qeyd edək ki, uzufrukt bütövlüyü, dəyəri saxlanılmaqla, başqasına məxsus əmlakdan istifadə etmək, onu idarə etmək hüququdur. Servitut isə daşınmaz əmlak sahibinin (torpaq sahəsi və digər daşınmaz əmlak) qonşuluqdakı torpaq sahəsinin sahibindən, zəruri hallarda qonşuluqdakı digər torpaq sahiblərindən bu torpaqlardan məhdud istifadə etməyi tələb etmək hüququdur. Servitut torpaq sahibinin qonşuluqdakı torpaq sahəsindən öz torpaq sahəsinə keçmək üçün istifadə etməsi, boru və elektrik xətti gətirmək, suvarma, meliorasiya və digər zəruru ehtiyaclar üçün vacibdir.

Servitut qonşu torpaq sahibləri arasında  qarşılıqlı razılaşmaya əsaslanır və dövlət qeydiyyatından keçir. Qonşusunun marağına əsasən servitutla torpağından məhdud miqyasda istifadə edilən torpaq sahibi qonşusundan müvafiq ödəniş tələb edə bilər. Əgər qonşular servitutla bağlı razılığa gələ bilmirlərsə, məsələ məhkəmə yolu ilə həllini tapmalıdır.

Dövlət Əmlak Komitəsinin təqdim etdiyi elektron xidmət növlərinin siyahısına məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların qeydiyyatının ləğvi də əlavə olunub.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol