• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir
25.07.2022 15:05
Bakcell növbəti dəfə Azərbaycanın "Ən sürətli mobil şəbəkəsi”* kimi tanınıb. Bu mükafat mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideri olan Ookla® şirkətinin müstəqil təhlili nəticəsində verilib. 

Mükafat dövründə Ookla® Azərbaycanda ən sürətli mobil şəbəkəni müəyyən etmək üçün 2022-ci ilin I və II rübü ərzində ölkənin mobil rabitə istifaçiləri tərəfindən Speedtest® iOS və Android mobil tətbiqetmələri vasitəsilə keçirilmiş 71 mindən çox testi müqayisə edib. Nəticədə "Bakcell"in mobil şəbəkəsi bu ilin I və II rübü üzrə ən yüksək yükləmə (download) və ötürmə (upload) sürəti nümayiş etdirib. 

"Ookla tərəfindən təqdim edilən "Speedtest mükafatı” müstəsna internet sürəti və əhatə dairəsini təmin edən seçilmiş şəbəkə operatorları üçün nəzərdə tutulub. "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” mükafatını Bakcell şirkətinə böyük məmnuniyyətlə təqdim edirik. Bu mükafat şirkətin 2022-ci ilin I və II rübləri ərzində göstərdiyi misilsiz nəticələrin təsdiqidir. Nəticələr abunəçilər tərəfindən "Speedtest” proqramı vasitəsilə edilən sınaqların ətraflı təhlili vasitəsilə əldə olunub”, deyə Ookla şirkətinin baş icraçı direktoru Doug Suttles bildirib.

Qeyd edək ki, Ookla şirkəti 2018, 2019-cu və 2021-ci ildə Bakcell şəbəkəsini Azərbaycanın "Ən sürətli mobil şəbəkəsi” adlandırıb. 

Bakcell Azərbaycanda eSIM və VoLTE texnologiyalarını tətbiq edən ilk mobil operatordur. 


* "Ookla”nın 2022-ci ilin 1-ci və 2-ci rübləri üzrə Speedtest Intelligence® məlumatlarının təhlilinə əsasən. Ookla ticarət nişanları lisenziya və müvafiq icazə əsasında istifadə olunur.
***
Ookla haqqında:

Ookla® mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideridir. "Ookla”nın aparıcı şəbəkə sınaqları platforması olan Speedtest® proqramı hər gün bütün dünyanın şəbəkələrin fəaliyyəti və keyfiyyətinə dair milyonlarla ölçmələrin nəticələrini emal edir.

Bakcell haqqında:

Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bu gün Bakcell şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 92.6%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com  internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news  səhifəsinə daxil olun.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol