• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın ilk bank məlumat mərkəzi 7 yaşını qeyd edir!

Azərbaycanın ilk bank məlumat mərkəzi 7 yaşını qeyd edir!
18.04.2014 15:11
Azərbaycanın bank sektorunda ilk məlumat mərkəzi olan “Bank of Baku”-nun 145 Məlumat Mərkəzi 7 yaşını qeyd edir. Məlumat Mərkəzinə zəng etməklə bankla bağlı ən müxtəlif mövzularda avtomatlaşdırılmış məlumatlar əldə etmək, təklif və irad bildirmək, kredit borcları barədə məlumat almaq və ödəniş etmək mümkündür. “Hazırda 145 nömrəsini yığanların ortalama sayı ay ərzində 140.000, gün ərzində isə 5.000 civarındadır. Zəng edənlərin bir hissəsi menyudan avtomatik məlumatlanır, ödəniş edir, cari borcunu öyrənir, səsli ismarıc buraxır və ya operatora qoşulur”,- deyir Məlumat Mərkəzinin rəhbəri Vüsalə Abasova.“Bank of Baku”-nun Məlumat Mərkəzinin əsas üstünlükləri aşağıdakılardır:* “Bank of Baku”-nun 145 Məlumat Mərkəzi fasiləsiz iş rejiminə keçib. Bu günə kimi həftənin altı günü işləyən Məlumat Mərkəzi artıq bazar günləri də fəaliyyət göstərir.Saat 9:00-dan 20:00-dək 145 nömrəsini yığmaqla müştərilər bankın xidmət, məhsul və kampaniyaları haqqında ətraflı məlumat əldə edə bilərlər.* 145 Məlumat Mərkəzinə zəng etməklə müştərilər banka gəlmədən İnternet Banking xidmətinə qoşula bilərlər.* 145 Məlumat Mərkəzinə Azərbaycanın istənilən bölgəsindən şəhər telefonları vasitəsilə daxil olan zənglər pulsuzdur.* Müştərilər həftənin bütün günləri 24 saat ərzində 145 nömrəsini yığmaqla kartın statusu, balansı, son əməliyyatlar barədə məlumat ala, həmçinin kartın itirilməsi halında onun bloklaşdırılması xidmətindən yararlana bilərlər.* Məlumat Mərkəzi müştərilərə alternativ vasitələrlə də geniş xidmət göstərir. Alternativ kommunikasiyalar sırasına bankın korporativ saytlarında online məsləhətçi, online kredit sifarişi, online kart sifarişi,zəng sifarişi, Facebook və forumlar, 8145 SMS sorğularının cavablandırılması daxildir.Qeyd edək ki, bankın Facebook səhifələrində ay ərzində ortalama 5000-ə yaxın sual, gün ərzində 250-yə yaxın, kampaniyalar dövründə isə 400-ə yaxın sual cavablandırılır. Məlumat Mərkəzinin sualların 90%-dən çoxunun qısa vaxt ərzində cavablandırılmasına görə, “Bank of Baku”-nun Facebook səhifəsi beynəlxalq Socialbakers xidmətinin “ən yaxşı sosial yönlü səhifə” nominasiyası üzrə də mükafatına layiq görülmüşdür.“Bank of Baku”-nun 145 Məlumat Mərkəzi müştəri məmnuniyyətinin artırılması məqsədilə növbəti innovativ layihə və kommunikasiyalar üzərində işini davam etdirir.Əlavə məlumat:145 Məlumat Mərkəzi http://www.bankofbaku.com/ https://www.facebook.com/bankofbakuANNET.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol