• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vahid sosial ödəmə kartı tətbiq oluna bilər

Azərbaycanda vahid sosial ödəmə kartı tətbiq oluna bilər
18.04.2014 14:52
“Bütün sosial yardım kartlarını yeniləcəyik ki, əvvəllər mövcud olmuş bütün neqativ hallar aradan qaldırılsın”.APA-nın verdiyi məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. S. Müslümov bildirib ki, bütün banklar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan edilən bu tenderdə açıq şəkildə iştirak edə bilər, bu məsələdə heç bir problem yoxdur: “Ancaq bu banklar müvafiq bankomat şəbəkəsinə malik olmalı və bizdən ən aşağı xidmət haqqı istəməlidir”. Nazir kartlarla bağlı bir məsələyə də diqqət yetirilməsini zəruri sayıb: “Hazırda ölkənin bank kartları bazarında 5 milyondan çox kart dövriyyədədir. Bunların əksəriyyəti dövlət orqanlarının təqdim etdikləri sosial ödəmələri əhatə edir. Məsələn, Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılara, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial ödəmələr alanlara, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən əhalinin bu qrupuna kartlar verilib. Digər dövlət orqanları da kartlar verib. Ümumilikdə belə bir fikir formalaşır, bəlkə vahid sosial ödəmə kartı tətbiq olunsa, vəziyyət asanlaşa bilər. Hazırda bu məsələlər də diqqətdən keçirilir”.ANNET.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol