• $
  • €
  • ₽
  • ₺
  • £

Moody’s ABB-nin reytinqlərini yüksəltdi

Moody’s ABB-nin reytinqlərini yüksəltdi
09.08.2022 15:56
Moody’s beynəlxalq reytinq agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın əsas kredit qiymətləndirilməsi (BCA) və depozit reytinqlərini yüksəldib. Belə ki, ABB-nin BCA reytinqi b2 səviyyəsindən b1-ə yüksəldilib. Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi B1 səviyyəsindən Ba3 səviyyəsinə qədər artırılıb. ABB-nin uzunmüddətli depozit reytinqinin proqnozu isə "Stabil” qiymətləndirilib. 

Bankın reytinqlərindəki müsbət dəyişikliklər, əsasən, Azərbaycanın suveren reytinqinin yüksəlməsi, habelə ABB-nin güclü kapital adekvatlığı göstəriciləri, aktivlərinin orta risk dərəcəsi, yüksək likvidlik balansı ilə bağlıdır. Bank xarici təsirlər qarşısında güclü kapital buferinə malikdir. Uzunmüddətli depozit reytinqinin artırılması ABB-nin müsbət ödəmə qabiliyyəti ilə əlaqədardır. 

Moody’s agentliyi ölkədə getdikcə artan ümumi iqtisadi fəallıq fonunda bankların, o cümlədən ABB-nin biznes imkanlarının daha da yaxşılaşmasını, gəlirliliyinin artmasını proqnozlaşdırır. Rəydə o da qeyd edilir ki, maliyyə mövqeyinin davamlı inkişafına paralel olaraq ABB-nin reytinqləri daha da yaxşılaşdırıla bilər.  
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol