• $
  • €
  • ₽
  • ₺
  • £

8 minə yaxın sahibkara kömək edilib - RƏSMİ

8 minə yaxın sahibkara kömək edilib - RƏSMİ
15.08.2022 13:54
2022-ci ilin birinci yarısında Kiçik və Orta Biznesin (KOB) inkişaf mərkəzləri 8 minə yaxın KOB subyektinə və biznesə başlamaq istəyən şəxslərə 400-dən çox təlim keçib. Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov özünün  rəsmi "Twitter" hesabında yazıb.

"KOBİM-lər tərəfindən qeyd olunan dövrdə 1000-ə yaxın sahibkara biznes ideyanın reallaşdırılması üçün dövlət və özəl qurumlarla əlaqələndirmə, maliyyə resurslarına çıxış və digər istiqamətlərdə məsləhət xidmətləri təqdim edilib.  2022-ci ilin birinci yarısında KOBİM-lər Bakı şəhəri və regionları əhatə edəcək 170-a yaxın layihə üzrə biznes planın hazırlanmasında sahibkarlara və biznesə başlamaq istəyənlərə dəstək olub. KOBİM-lər 180-dən çox yeni KOB subyektinin yaradılmasına dəstək göstərib.", - o deyib.
 
Ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzləri (KOBİM) tərəfindən 6000-dən çox sahibkarın, biznesə başlamaq istəyən şəxsin və startapın iştirakı ilə 400-dən artıq ödənişsiz biznes təlim təşkil olunub. Təlimlər biznesin planlaşdırılması və inkişafı, "yaşıl iqtisadiyyat”, korporativ hüquq, marketinq və satış, maliyyə, vergilər, sığorta, insan resurslarının idarə edilməsi, ixrac, sahibkarlıq sahəsində qanunvericilik, peşəkar ünsiyyət bacarıqları və digər istiqamətləri əhatə edib. 
 
Bu dövrdə KOBİA-nın və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduqları "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 22 sahibkar və menecer müsahibədən uğurla keçərək Almaniyada beynəlxalq ixtisasartırma kursunda iştirak ediblər. Ümumilikdə isə 2009-2022-ci illərdə 500-dən çox sahibkar və menecer proqramdan yararlanıb.   
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol