• $
  • €
  • ₽
  • ₺
  • £

ÜDM ötən illə müqayisədə artıb

ÜDM ötən illə müqayisədə artıb
22.08.2022 15:09
Azərbaycanda 2022-ci ilin I yarısında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul (ÜDM) real ifadədə 6.2% artmış və nominal olaraq 63.4 mlrd. manat təşkil edib. Adambaşına düşən ÜDM-in həcmi 6.3 min manat olub. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
 
 
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.2% artmış və nominal olaraq 31.5 milyard manat təşkil etmişdir. Onun ÜDM-də xüsusi çəkisi 49.7 % təşkil etmişdir. Rüb ərzində 16.4 milyon ton əmtəəlik xam neft, 17.6 milyard kub metr əmtəəlik təbii qaz hasil olunub. 
 
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq əmtəəlik neft hasilatı 4.2% azalmış, əmtəəlik qaz hasilatı isə 17.5% artıb. Neft məhsulları istehsalının dəyəri real olaraq ötən illə müqayisədə 15.4% azalıb.
 
Qeyri neft-qaz sektorunda 2022-ci ilin 6 ayı ərzində yaradılan əlavə dəyər ötən ilin müvafiq dövrünə nəzərən real ifadədə 9.6% artmış və nominal olaraq 31.9 mlrd. manat təşkil edib.

Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 11.5% artıb. Məhsul buraxılışı kompüter, elektron və optik məhsulları üzrə 30.8%, mebel istehsalı üzrə 58.4%, kağız və karton üzrə 15.3%, tikinti materialları üzrə 33.4%, geyim istehsalı üzrə 59%, qida məhsulları istehsalı üzrə 7.8%, metallurgiya sənayesi üzrə 26%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı üzrə 2.8 dəfə, elektrik  avadanlıqlarının istehsalı üzrə 53.2%, kimya sənayesi üzrə 20.4%, ayaqqabı istehsalı 12.9% və poliqrafiya məhsullarının istehsalı üzrə 29.3% artıb.
 
Bununla yanaşı, maşın və avadanlıqların quraşdırılması və təmiri 21%, tütün məmulatları üzrə 7.5%, içkilərin istehsalı 7.8%, toxuculuq sənayesi məhsullarının istehsalı isə  22.8% azalıb.

2022-ci ilin I yarısında əvvəlki ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatında iqtisadi artım alt sahələr üzrə fərqli olmuşdur. Belə ki, heyvandarlıq məhsulları istehsalı 2.8% artmış, bitkiçilik məhsullarında isə 2.7% azalma qeydə alınıb.

İqtisadiyyatın xidmət sektorunda 2022-ci ilin I yarısında müsbət dinamika müşahidə olunmuşdur. Ötən ilin müvafiq  dövrünə nisbətən yük və sərnişin daşımaları müvafiq olaraq 11.2% və 37.4% artmışdır. İnformasiya və rabitə sektorunda 14.2%-lik artım qeydə alınıb. Pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması ilə turizm və ictimai iaşə sektorunda 2022-ci ilin 6 ayında 85.8%-lik artım baş verib.

Ləman Qasımova
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol